Azərbaycanda elmi fəaliyyətlə məşğul olmaq, universitetdə akademik karyera qurmaq, tədqiqatçı kimi inkişaf etmək və müəyyən elm sahəsi üzrə yüksək ixtisaslı mütəxəssis olmaq istəyən şəxslərin seçə biləcəyi əsas təhsil pilləsi doktoranturadır. Doktorantura ali təhsilin ən yüksək səviyyəsidir. Bu mərhələdə təhsil magistraturadan fərqli olaraq əsasən dərslərdən deyil, müstəqil elmi tədqiqatdan, elmi məqalələrin hazırlanmasından, doktorluq imtahanlarından və dissertasiya işindən ibarətdir.
Azərbaycanda doktorantura hazırlığı iki proqram üzrə nəzərdə tutulur:
1. Fəlsəfə doktoru proqramı
2. Elmlər doktoru proqramı
"Hesabla.com" olaraq bu məqalədə, Azərbaycanda doktorantura təhsilinin nə olduğunu, doktoranturaya kimlərin müraciət edə biləcəyini, qəbul imtahanlarının necə keçirildiyini, hansı sənədlərin tələb olunduğunu, təhsil müddətini, dissertantura ilə doktorantura arasındakı fərqi və elmi dərəcənin necə alındığını ətraflı izah edəcəyik.
# Azərbaycanda doktorantura nədir?
Doktorantura yüksək ixtisaslı elmi və elmi-pedaqoji kadrların hazırlanmasına xidmət edən ali təhsil səviyyəsidir. Bu təhsil pilləsinin əsas məqsədi müəyyən bir elm sahəsi üzrə yeni elmi nəticələr əldə edə bilən, müstəqil tədqiqat apara bilən və həmin nəticələri elmi ictimaiyyət qarşısında əsaslandıra bilən mütəxəssislər hazırlamaqdır. Yəni sadəcə dərs keçilən təhsil proqramı deyil, əsasən Elmi mövzu seçen, Elmi rəhbərlə işləyən, araştırma aparmasına vasitə olan bir təhsil proqramıdır.
Doktorantura xüsusile "Universitet müəllimi olmaq", "Tədqiqatçı kimi işləmək", "Müəyyən sahədə ekspert olmaq", "Elmi layihələrdə iştirak etmək", "Akademik rəhbər vəzifələrə yüksəlmək" və "Beynəlxalq akademik fəaliyyət" kimi məqsədi olanlar üçün olduqca faydalıdır.
# Azərbaycanda doktorantura hansı pillələrdən ibarətdir?
Azərbaycanda doktorantura hazırlığı iki əsas proqram üzrə həyata keçirilir:
- Fəlsəfə doktoru, Magistratura və ya ona bərabər təhsili bitirən şəxslər
- Elmlər doktoru, Fəlsəfə doktoru və ya keçmiş elmlər namizədi dərəcəsi olan şəxslər
Bu iki proqram eyni səviyyədə deyil. Elmlər doktoru proqramına birbaşa magistratura diplomu ilə müraciət etmək mümkün deyil. Namizəd əvvəlcə fəlsəfə doktoru elmi dərəcəsinə sahib olmalıdır. 
# Fəlsəfə Doktoru proqramı nədir?
Fəlsəfə doktoru proqramı magistraturadan sonrakı əsas elmi hazırlıq mərhələsidir. Proqramın adında “fəlsəfə” sözünün olması namizədin mütləq fəlsəfə ixtisası üzrə təhsil alması demək deyil. Elmi dərəcə elm sahəsi göstərilməklə verilir.
Məsələn:
* İqtisad üzrə fəlsəfə doktoru
* Hüquq üzrə fəlsəfə doktoru
* Texnika üzrə fəlsəfə doktoru
* Pedaqogika üzrə fəlsəfə doktoru
* Filologiya üzrə fəlsəfə doktoru
* Biologiya üzrə fəlsəfə doktoru
* Riyaziyyat üzrə fəlsəfə doktoru
* Tibb üzrə fəlsəfə doktoru
# Elmlər Doktoru proqramı nədir?
Elmlər doktoru proqramı fəlsəfə doktorundan sonrakı daha yüksək elmi hazırlıq mərhələsidir.
Bu proqram seçilmiş elm sahəsində ciddi elmi və ya elmi-pedaqoji nailiyyətləri olan, fundamental tədqiqat aparmaq qabiliyyətinə sahib və artıq fəlsəfə doktoru elmi dərəcəsi almış şəxslər üçün nəzərdə tutulur. u dissertasiyası fəlsəfə doktoru dissertasiyasından daha geniş və əhatəli olmalıdır. Bu mərhələdə iddiaçıdan elm sahəsinə əhəmiyyətli nəzəri və ya praktiki töhfə verən nəticələr gözlənilir.
Elmlər doktoru dərəcəsi almaq üçün şəxs:
1. Fəlsəfə doktoru və ya keçmiş elmlər namizədi dərəcəsinə sahib olmalıdır.
2. Müvafiq sahədə ciddi elmi nəticələr göstərməlidir.
3. Elmi əsərlər dərc etdirməlidir.
4. Elmlər doktoru dissertasiyası hazırlamalıdır.
5. Dissertasiya şurasında müdafiədən keçməlidir.
6. Ali Attestasiya Komissiyasının müvafiq prosedurunu tamamlamalıdır.
# Doktoranturaya qəbul necə aparılır?
Doktoranturaya qəbul bir neçə mərhələdən ibarətdir. Belə ki,
1. Qəbul planı və ixtisaslar elan edilir.
2. Namizəd elektron sistemdə müraciət edir.
3. Sənədlər seçilmiş müəssisə tərəfindən yoxlanılır.
4. İxtisas uyğunluğu qiymətləndirilir.
5. Nəzərdə tutulan elmi rəhbərlə müsahibə keçirilir.
6. Xarici dil imtahanı verilir.
7. Xarici dil mərhələsini keçən namizəd fəlsəfə imtahanına buraxılır.
8. Fəlsəfə imtahanından sonra ixtisas imtahanı verilir.
9. İmtahan nəticələri əsasında müsabiqə aparılır.
10. Qəbul komissiyası qərar verir.
11. Dissertasiya mövzusu və elmi rəhbər təsdiq edilir.
# Doktoranturaya sənəd qəbulu harada aparılır?
Son illərdə doktorantura səviyyəsinə müraciətlər elektron formada portal.edu.az üzərindən qəbul edilir.
Namizəd şəxsi kabinet yaradaraq:
* Müəssisəni seçir
* İxtisası seçir
* Tələb olunan sənədləri yükləyir
* Müraciətini göndərir
* Müraciətin statusunu izləyir
* Müəssisənin qərarını görür
Müəssisə müraciətə müsbət rəy verdikdən sonra namizəd xarici dil imtahanında iştirak etmək hüququ qazanır. ri hər tədris ili üçün ayrıca elan edilir. Məsələn, 2026/2027-ci tədris ili üzrə elektron sənəd qəbulu 19 may 2026-cı ildə başlayıb və 9 iyun 2026-cı il saat 18:00-da başa çatıb. Bu tarixlər növbəti illər üçün avtomatik tətbiq edilmir.
# Doktoranturaya qəbul üçün hansı sənədlər tələb olunur?
Ümumi qaydalara əsasən fəlsəfə doktoru proqramına müraciət zamanı aşağıdakı sənədlər tələb oluna bilər:
- Ərizə, Qəbul aparan müəssisənin rəhbərinin adına
- Şəxsi qeydiyyat vərəqi, Namizədin şəxsi və əmək məlumatları
- Tərcümeyi-hal, Təhsil və fəaliyyət haqqında məlumat
- Fotoşəkillər, Qaydalarda 3x4 ölçüdə 2 şəkil göstərilir
- İş yerindən xasiyyətnamə, İşləyən namizədlər üçün tələb oluna bilər
- Əmək kitabçasından çıxarış, İş stajı olan şəxslər üçün
- Elmi işlərin siyahısı, Dərc edilmiş elmi əsərlər varsa
- Referat, Elmi əsəri olmayan namizəd üçün seçilmiş ixtisas üzrə
- Magistr diplomu, Təsdiqlənmiş surət
- Diplomun tanınması sənədi, Xaricdə təhsil alan Azərbaycan vətəndaşları üçün
- Şəxsiyyət vəsiqəsi, Şəxsiyyəti təsdiq edən sənəd
Ümumi normativ sənədlərdə bu sənədlər göstərilsə də, elektron portalda və konkret müəssisənin elanında tələb olunan formatlar fərqlənə bilər. Buna görə namizəd həm portalın, həm də seçdiyi universitet və ya elmi təşkilatın elanını yoxlamalıdır. 
# Doktoranturaya qəbul üçün elmi məqalə mütləqdirmi?
Ümumi qəbul qaydalarında namizədin çap olunmuş elmi işlərinin siyahısını və ya seçilmiş ixtisas üzrə referat təqdim edə bilməsi nəzərdə tutulur. Buna görə əvvəllər elmi məqaləsi olmayan şəxs də uyğun referatla müraciət edə bilər. Məqalənin olması namizəd üçün üstünlük yarada bilər. Bərabər qəbul nəticəsi əldə edən şəxslər arasında ixtisas imtahanından daha yüksək qiymət alan və çap edilmiş elmi əsərləri olan namizədə üstünlük verilməsi nəzərdə tutulur.
# Doktoranturaya qəbul imtahanları hansılardır?
Fəlsəfə doktoru proqramına qəbul olmaq istəyən namizədlər üç istiqamət üzrə imtahan verirlər:
1. Xarici dil
2. Fəlsəfə
3. İxtisas fənni
İmtahanlar magistratura səviyyəsində qüvvədə olan tədris proqramlarının həcmi nəzərə alınmaqla hazırlanır. Xarici dil imtahanı DİM, fəlsəfə və ixtisas imtahanları isə qəbul aparan müəssisə tərəfindən keçirilir. ardıcıllığı belədir:
1. Xarici dil, Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilir.
2. Fəlsəfə, Universitet və ya elmi təşkilat tərəfindən keçirilir.
3. İxtisas fənni, Universitet və ya elmi təşkilat tərifindən keçirilir.
Onuda qeyd etməliyik ki, Xarici dil üzrə keçid balını toplamayan namizəd növbəti mərhələlərə buraxılmır!
# Doktorantura üzrə xarici dil imtahanı necə keçirilir?
Doktoranturaya qəbul üçün xarici dil imtahanı ingilis, alman və ya fransız dillərindən biri üzrə verilə bilər. DİM-in hazırkı məlumatına əsasən xarici dil imtahanında aşağıdakı bacarıqlar yoxlanılır:
* Dinləyib-anlama
* Oxuyub-anlama
* Leksik və qrammatik dil bilikləri
* Yazı
* Danışıq
2026-cı il qəbulunda xarici dil imtahanı üzrə maksimal nəticə 50 bal olub. Qəbul üçün keçid balı, ayrı-ayrı bloklar üzrə minimum məhdudiyyət nəzərə alınmaqla, 25 bal müəyyən edilib. 25 və daha çox bal toplayan namizədlər fəlsəfə, daha sonra isə ixtisas imtahanına daxil olabilirlər.
# İxtisas imtahanı necə keçirilir?
İxtisas imtahanı namizədin seçdiyi doktorantura ixtisası üzrə bilik və tədqiqat hazırlığını yoxlayır.
İmtahan qəbul aparan ali təhsil müəssisəsi və ya elmi təşkilat tərəfindən yaradılan komissiya vasitəsilə keçirilir. Komissiyanın tərkibində müvafiq ixtisas üzrə elmlər doktorları və ya professorlar iştirak etməlidir. anında aşağıdakılar qiymətləndirilə bilər:
* Namizədin fundamental ixtisas bilikləri
* Magistratura səviyyəsində öyrəndiyi mövzular
* Müasir elmi yanaşmalar
* Tədqiqat metodları
* Seçilmiş dissertasiya mövzusu
* Mövzunun elmi yeniliyi
* Əsas mənbələr və nəzəriyyələr
* Mövzu üzrə praktiki problemlər
İxtisas imtahanı qəbul müsabiqəsində xüsusilə əhəmiyyətlidir. Bərabər nəticə olduqda ixtisas imtahanından daha yüksək qiymət alan namizədə üstünlük verilə bilər.
# Doktoranturada təhsil prosesi necə aparılır?
Doktoranturaya qəbuldan sonra doktorant üçün fərdi iş planı hazırlanır.
Fərdi iş planında aşağıdakılar göstərilə bilər:
1. Dissertasiya mövzusu, Tədqiqatın əsas adı və istiqaməti
2. Ədəbiyyat araşdırması, Mövcud elmi mənbələrin öyrənilməsi
3. Tədqiqat mərhələləri, Nəzəri və ya empirik araşdırmanın planı
4. Elmi məqalələr, Hazırlanacaq və dərc ediləcək işlər
5. Konfranslar, Tədqiqat nəticələrinin aprobasiyası
6. Doktorluq imtahanları, Verilməli imtahanlar
7. Hesabatlar, Kafedra, şöbə və elmi şura qarşısında hesabatlar
8. Dissertasiya, Fəsillərin hazırlanma müddəti
9. İlkin müzakirə, Dissertasiyanın müəssisədə qiymətləndirilməsi
10 Müdafiə, Dissertasiya şurasına təqdimat
Doktorant fərdi iş planının icrası barədə kafedra, laboratoriya, şöbə və ya elmi şura qarşısında mütəmadi hesabat verir. Doktorant ildə ən azı bir dəfə attestasiyadan keçməlidir. Növbəti tədris ilində təhsilin davam etdirilməsi attestasiya nəticəsindən asılıdır. 
# Dissertasiya nədir?
Dissertasiya müəyyən elm sahəsində müstəqil şəkildə aparılmış və yeni elmi nəticələr təqdim edən elmi-tədqiqat işidir.
Dissertasiya sadəcə müxtəlif kitablardan və məqalələrdən məlumatların toplanması deyil. İşdə namizədin öz elmi nəticələri, analizi və əsaslandırılmış təklifləri olmalıdır.
Fəlsəfə doktoru dissertasiyasında adətən aşağıdakılar gözlənilir:
* Mövzunun aktuallığının əsaslandırılması
* Tədqiqat probleminin müəyyən edilməsi
* Mövcud elmi ədəbiyyatın təhlili
* Tədqiqat metodlarının izahı
* Yeni elmi nəticələrin təqdim edilməsi
* Nəticələrin nəzəri və ya praktiki əhəmiyyəti
* Elmi yeniliyin göstərilməsi
* Nəticə və təkliflərin əsaslandırılması
Dissertasiyanın və avtoreferatın tərtibi Ali Attestasiya Komissiyasının müəyyən etdiyi qaydalara uyğun olmalıdır.
# Doktorantura qəbul balı necə hesablanır?
Doktoranturaya qəbul zamanı xarici dil imtahanından keçid balını toplamaq yekun qəbul mənasını vermir. Bu nəticə yalnız namizədin növbəti mərhələlərdə iştirak etməsinə imkan yaradır. Yekun müsabiqə zamanı fəlsəfə və ixtisas imtahanlarının nəticələri, namizədin elmi hazırlığı, elmi əsərlərinin mövcudluğu və qəbul komissiyasının qiymətləndirməsi birlikdə nəzərə alınır.
# Doktorantura ödənişlidir, yoxsa dövlət hesabına?
Ümumi qanunvericilik doktorantura təhsilinin həm dövlət hesabına, həm də ödənişli əsaslarla təşkilinə imkan verir. qəbul forması hər ilin təsdiqlənmiş qəbul planından asılıdır.
2026-cı ildə Elm və Təhsil Nazirliyi bildirmişdi ki:
* Fəlsəfə doktoru proqramı üzrə 1388 yer ayrılıb.
* Qəbul təxminən 90 müəssisədə 300-ə yaxın ixtisas üzrə planlaşdırılıb.
* Yerlərin 65 faizi ali təhsil müəssisələrinə, 35 faizi isə elmi müəssisələrə aid olub.
* Son iki ildə qəbul yalnız fəlsəfə doktoru proqramı üzrə aparılıb.
* Ali təhsil müəssisələrinə qəbul olunan doktorantların dövlət sifarişi əsasında təhsil aldığı bildirilib. alnız 2026/2027-ci tədris ili üzrə aktual məlumatdır və növbəti illərdə qəbul yerləri və maliyyələşmə forması dəyişə bilər.
# "Hesabla.com" olaraq Doktorantura pilləsinə hazırlaşanlar üçün tövsiyələrimiz
Hər namizədin özünə məxsus bir plan hazırlaması daha əlverişli olsa da, biz ümumi olaraq sizə tövsiyə edəcəyimiz hazırlıq planı:
1.Elmi maraq sahənizi müəyyən edin
2. Doktorantura ixtisaslarını araşdırın
3. Potensial elmi rəhbərləri müəyyən edin
4. Onların son elmi işlərini oxuyun
5. Tədqiqat mövzusu üçün ilkin plan hazırlayın
6. Magistr dissertasiyanızı təhlil edin
7. Mümkündürsə elmi məqalə hazırlayın
8. Xarici dil səviyyənizi yoxlayın
9. Fəlsəfə proqramını əldə edin
10. İxtisas imtahanı proqramını öyrənin
11. Sənədlərinizi və diplom tanınmasını yoxlayın
12. Qəbul elanlarını mütəmadi izləyin
Sadəcə ümumi plan hazırlamaq sizə kifayət etməyəcəkdir. Belə ki, hər fənn üçün xüsusi diqqət yetirilməlidir. Məsələn Xarici dil imtahanında uğurlu olmaq üçün, "Akademik mətnlərin oxunması", "Dinləyib-anlama məşqləri", "Qrammatika və söz ehtiyatı", "Akademik esse", "Danışıq bacarığı", "Vaxt idarəetməsi" və "İmtahan formatına uyğun sınaqlar" a diqqət yetirilməlidir.
Hər şəy əfsuslar olsun ki, bunun ilə belə bitmir. Plan hazırlamaq ilə yanaşı siz həmdə digər namizədlərin etdiyi səhvlərə də diqqət yetirməlisiz. Belə ki, Doktorantura haqqında ən çox edilən səhvlər:
- Doktoranturanı yalnız növbəti diplom kimi görmək
- Elmi rəhbəri təsadüfi seçmək
- Dissertasiya mövzusunu çox geniş seçmək
- Xarici dilə gec başlamaq
- Məqalələri son ilə saxlamaq
- Yalnız qəbul imtahanına fokuslanmaq
- Plagiata diqqət etməmək
- İllik hesabatları formal görmək
- Universiteti yalnız adına görə seçmək
- Doktoranturanı bitirməyi elmi dərəcə hesab etmək
- Köhnə qəbul tarixlərinə əsaslanmaq
- Elmi məqalə sayını bütün sahələr üçün eyni hesab etmək
# Tez-tez verilən suallar
- Azərbaycanda doktorantura nədir?
Doktorantura ali təhsilin ən yüksək səviyyəsidir və yüksək ixtisaslı elmi və elmi-pedaqoji kadrların hazırlanmasına xidmət edir.
- Doktoranturaya kimlər qəbul ola bilər?
Fəlsəfə doktoru proqramına magistratura və ya ona bərabər ali təhsil səviyyəsini tam bitirən şəxslər müraciət edə bilərlər.
- Bakalavr diplomu ilə doktoranturaya müraciət etmək mümkündür?
Ümumi qaydaya əsasən xeyr. Fəlsəfə doktoru proqramı üçün magistratura və ya ona bərabər təhsil tələb olunur.
- Magistraturanın son kursunda doktoranturaya müraciət etmək olar?
Namizəd tam magistratura təhsilini bitirməli və diplom almalıdır. Yalnız magistraturada oxumaq doktoranturaya qəbul üçün kifayət etmir.
- Doktorantura neçə il davam edir?
Fəlsəfə doktoru proqramı üzrə əyani təhsil 3 il, qiyabi təhsil 4 il, dissertantlıq 4 ildir. Elmlər doktoru proqramı üzrə müvafiq müddətlər 4, 5 və 5 ildir.
- Doktoranturaya qəbul üçün hansı imtahanlar verilir?
Fəlsəfə doktoru proqramına qəbul zamanı xarici dil, fəlsəfə və ixtisas fənni üzrə imtahanlar verilir.
- Xarici dil imtahanını kim keçirir?
Xarici dil üzrə qəbul imtahanı Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilir. Fəlsəfə və ixtisas imtahanlarını isə qəbul aparan müəssisə təşkil edir.
- Xarici dil üzrə keçid balı neçədir?
2026-cı il qəbulunda keçid balı, bloklar üzrə minimum məhdudiyyət nəzərə alınmaqla, 25 bal olub. Bu nəticə gələcək qəbul illərində dəyişə bilər.
- IELTS və ya TOEFL sertifikatı olan şəxs imtahandan azad edilə bilərmi?
Bəli. B2 və ya daha yüksək səviyyəyə uyğun, qüvvədə olan və DİM tərəfindən təsdiqlənən müəyyən beynəlxalq sertifikatlar xarici dil imtahanından azadolma hüququ verə bilər.
- Doktoranturaya qəbul üçün elmi məqalə mütləqdirmi?
Qəbul üçün qanunvericilikdə hamı üçün eyni minimum məqalə sayı göstərilmir. Namizəd elmi işlərinin siyahısını və ya seçilmiş ixtisas üzrə referat təqdim edə bilər. Lakin elmi məqalələrin olması müsabiqədə üstünlük yarada bilər.
- Doktorantura təhsili ödənişsizdir?
Qanunvericilik həm dövlət hesabına, həm də ödənişli doktorantura imkanını nəzərdə tutur. Faktiki maliyyələşmə forması hər ilin qəbul planından asılıdır.
- Doktorantura bitdikdə avtomatik fəlsəfə doktoru olunurmu?
Xeyr. Doktorantura müddətinin başa çatması avtomatik elmi dərəcə vermir. Dissertasiya hazırlanmalı, ilkin müzakirədən və müdafiədən keçirilməli, daha sonra elmi dərəcənin təsdiqi proseduru tamamlanmalıdır.
- Dissertantura ilə doktorantura eynidirmi?
Xeyr. Doktorantura formal əyani və ya qiyabi təhsil formasıdır. Dissertantura isə işləyən mütəxəssisin istehsalatdan ayrılmadan elmi müəssisəyə təhkim olunaraq dissertasiya hazırlaması formasıdır.
- Xaricdə magistratura bitirən şəxs Azərbaycanda doktorantura oxuya bilərmi?
Bəli. Lakin xarici magistr diplomunun Azərbaycanda tanınması tələb olunur.
- Doktoranturada işləmək mümkündürmü?
Qiyabi doktoranturada işləmək mümkündür. Əyani doktorantın əsas fəaliyyəti tədqiqatdır, lakin elmi rəhbərin razılığı ilə təhsil aldığı müəssisədə 0,5 ştat elmi və ya elmi-pedaqoji işə cəlb oluna bilər.
- Elmlər doktoru proqramına kimlər müraciət edə bilər?
Fəlsəfə doktoru və ya keçmiş elmlər namizədi dərəcəsi olan, müvafiq sahədə ciddi elmi nailiyyətlər göstərən şəxslər müraciət edə bilərlər.