Fransada və ya fransız dilində təhsil verən başqa ölkələrdə bakalavr, magistratura və doktorantura proqramlarına müraciət etmək istəyən tələbələrin qarşılaşdığı əsas dil sertifikatları arasında DELF və DALF diplomları xüsusi yer tutur. Bu diplomlar namizədin fransız dilində oxuma, dinləmə, yazma və danışma bacarıqlarını beynəlxalq standartlara uyğun şəkildə təsdiqləyir. Hər iki diplom Fransanın Milli Təhsil Nazirliyi tərəfindən verilən rəsmi fransız dili diplomlarıdır. DELF A1, A2, B1 və B2 səviyyələrini, DALF isə daha yüksək C1 və C2 səviyyələrini əhatə edir.
DELF və DALF sadəcə imtahan nəticəsi göstərən müvəqqəti sertifikatlar deyil. Bu diplomlar dünya üzrə tanınır və ömürlük etibarlıdır. Namizəd sertifikatı əldə etdikdən sonra onu müəyyən müddətdən sonra yeniləməli və ya eyni imtahanı yenidən verməli deyil.
Bu məqalədə "Hesabla.com" olaraq DELF və DALF imtahanlarının nə olduğunu, aralarındakı fərqi, səviyyələrin nə ifadə etdiyini, imtahan strukturunu, nəticənin necə hesablandığını, universitetlərin bu diplomlara necə yanaşdığını və hazırlıq zamanı nələrə diqqət etməli olduğunuzu ətraflı izah edəcəyik.
# DELF və DALF nədir və kimlər üçün lazımdır?
DELF fransız dilini xarici dil kimi öyrənən şəxslərin dil bacarıqlarını təsdiqləyən rəsmi diplomdur. DELF “Diplôme d’études en langue française”, yəni “Fransız dili üzrə təhsil diplomu” mənasını verir. Bu sistem dörd səviyyədən ibarətdir: A1, A2, B1 və B2.
DALF fransız dilində yüksək və peşəkar səviyyəli bacarıqları təsdiqləyən diplomdur. DALF “Diplôme approfondi de langue française”, yəni “Fransız dili üzrə dərinləşdirilmiş diplom” mənasını verir. Bu sistem iki səviyyədən ibarətdir: C1 və C2.
- DALF C1 namizədin fransız dilindən akademik, peşəkar və mürəkkəb kommunikasiya mühitində müstəqil istifadə edə bildiyini göstərir.
- DALF C2 isə dil üzərində çox yüksək səviyyədə hakimiyyəti, mürəkkəb məlumatları analiz və sintez etmək bacarığını təsdiqləyir.
Onuda qeyd etməliyik ki, Hər səviyyənin ayrıca diplomu olsa da, Məsələn, DELF B2 imtahanına girmək üçün əvvəlcədən A1, A2 və ya B1 diplomuna sahib olmaq məcburi deyil. Namizəd öz dil səviyyəsinə uyğun imtahana birbaşa qeydiyyatdan keçə bilər.
Bəs yaxşı DELF ya da DALF hansı məqsədlər üçün istifadə olunabilər? Belə ki, bu diplomlar universitet müractiəti zamanı, Magistratura və doktorantura müraciəti zamanı, İş müraciəti zamanı və ya Təqaüd proqramlarına müraciət zamanı istifadə edəbilərsiniz.
DELF və DALF diplomları iş müraciətlərində də CV-ni gücləndirə və fransız dilinin istifadə edildiyi şirkətlərdə iş tapmağı asanlaşdıra bilər. Lakin universitet müraciətində hansı diplomun lazım olduğu proqramdan asılıdır. Bəzi universitetlər DELF B2-ni qəbul etdiyi halda, digərləri DALF C1 və ya əlavə dil sənədləri tələb edə bilər.
# DELF və DALF imtahanlarının strukturu necədir?
DELF və DALF imtahanları fransız dilinin dörd əsas bacarığını qiymətləndirir:
1. Compréhension de l’oral — dinləyib-anlama(Fransız dilində danışıq və audio materialları anlamaq)
2. Compréhension des écrits — oxuyub-anlama(Müxtəlif mətnlərin əsas fikrini və detallarını başa düşmək)
3. Production écrite — yazılı ifadə(Məqsədə və səviyyəyə uyğun yazılı mətn hazırlamaq)
4. Production orale — şifahi ifadə(Fikri fransız dilində aydın və uyğun formada çatdırmaq)
DELF A1-dən DALF C1-ə qədər bu dörd bacarıq ayrıca qiymətləndirilir. DALF C2-də isə bacarıqlar daha geniş və inteqrasiya olunmuş tapşırıqlar daxilində yoxlanılır. İmtahanların dəqiq müddəti, mətnlərin mürəkkəbliyi, tapşırıq sayı və tələb olunan yazının uzunluğu seçilən səviyyəyə görə dəyişir.
# DELF və DALF bal sistemi necədir və necə hesablanır?
DELF A1, A2, B1, B2 və DALF C1 imtahanlarında dörd əsas bacarığın hər biri 25 balla qiymətləndirilir.
- Dinləyib-anlama = 25
- Oxuyub-anlama = 25
- Yazılı ifadə = 25
- Şifahi ifadə = 25
- Ümumi nəticə = 100
Diplomu əldə etmək üçün Ümumi nəticə ən azı 50/100 olmalıdır və Heç bir bölmənin nəticəsi 5/25-dən aşağı olmamalıdır. Yəni, yalnız ümumi balın yüksək olması diplom almağa zəmanət vermir.
DELF və DALF imtahanlarında nəticənin hesablanması əsasən dörd dil bacarığından alınan balların toplanmasına əsaslanır. Yəni, Ümumi bal = Dinləmə + Oxuma + Yazma + Danışma
- Dinləmə = 14/25
- Oxuma = 16/25
- Yazma = 13/25
- Danışma = 17/25
- Ümumi bal = 60/100
Bu namizəd diplomu əldə edir, çünki:
* Ümumi nəticəsi 50-dən yüksəkdir.
* Heç bir bölmədən 5-dən aşağı bal almayıb.
# Universitetlər DELF və DALF nəticələrinə necə yanaşırlar?
Universitetlər DELF və DALF diplomlarını namizədin fransız dilində təhsil ala biləcəyini göstərən dil sübutu kimi qiymətləndirsədə, DELF və DALF diplomlarıda, eynilə digər imtahanlarda olduqu kimi, eləcə bu imtahandada tək başına qəbul rolu oynamır. Bu o deməkdir ki, Akademik nəticələr, attestat və ya diplom, transkript, motivation letter, CV və proqramın digər tələbləri də nəzərə alınır.
# DELF və DALF imtahanına hazırlaşanlar üçün "Hesabla.com" olaraq bizim tövsiyyələrimiz
Sizin əgər dinləmə bölməsində probleminiz varsa, Fransızca gündəlik audio materiallar dinləyin, bu materiallar hər zaman xüsusilə listening üçün ayrılmış materiallar olmaq məcburiyyətində deyil. Xəbərlər, müsahibələr və podkastlarda eyni zamanda sizin listening bacarıqlarınıza müsbət təsir edəbilər. Bu imtahanda bir digər səhvdə bütün cümləni yazmağa çalışmaqdı, bunun yerinə əsas sözləri qeyd etməyə çalışın. B2, C1 və C2 səviyyələrinə gəldikdə isə yalnız sözləri eşitmək kifayət etmir. Danışanın mövqeyini, tonunu və arqumentin məntiqini də anlamaq lazım ola bilər.
Oxuma bölməsində isə mətnlər səviyyə yüksəldikcə daha uzun, abstrakt və arqumentativ olur. Buna görə də, Mətnin başlığını və ilk cümlələrini diqqətlə oxuyun. Əsas fikir və dəstəkləyici nümunələri ayırın. Bağlayıcı sözlərə diqqət edin. Mətndəki hər sözü tərcümə etməyə çalışmayın. Daha yüksək səviyyələrdə isə, xəbər məqalələri, analitik yazılar, elmi-populyar mətnlər və fikir yazıları oxumaq xüsusilə faydalıdır.
Yazı bölməsində yalnız qrammatika deyil, tapşırığın düzgün yerinə yetirilməsi, mətnin strukturu, fikir ardıcıllığı, söz ehtiyatı və dilin situasiyaya uyğunluğu qiymətləndirilir. Buna görə də, hər zaman Tapşırıq növünü müəyyən edin(Məktub, fikir yazısı, hesabat və ya sintez fərqli struktur tələb edir), nə yazacağınızı planlaşdırın, mətnin tamamlanmış görünməsinə kömək etmək üçün mütləq Giriş və Nəticə hazırlayın. Fikirlər arasında məntiqi əlaqə yaradmaq üçün bağlayıcı ifadələr işlədin.
Danışıq hissəsinə gəldikdə isə bu hissədə yaxşı nəticə əldə etmək üçün, ifadə edəcəyiniz fikriniz ilə bağlı giriş, əsas və nəticə hissəsi qurun. Fikriniz ilə bağlı mövqeyini aydın ifadə edin. Nümunələr ilə fikrinizi dəstəkləyin. Sualı anlamadıqınızda isə həyəcanlanmadan, sualı təkrar edilməsini istəyin. Cavablarınızı əzbərlənmiş formada deyil, təbii şəkildə ifadə edin. İmtahandan önce öz səsinizi, səs yazısına alaraq öz səhvləriniz üzərində çalışın. Danışıq zamanı digər imtahanlarda olduqu kimi DELF və DALF imtahanındada bütün cümlələrin qrammatik baxımdan mükəmməl olması gözlənilmir. Əsas məqsəd səviyyəyə uyğun, aydın, məntiqli və effektiv kommunikasiya qurmaqdır.
# Tez-tez verilən suallar
- DELF nədir?
DELF fransız dilini xarici dil kimi öyrənən şəxslərin A1, A2, B1 və B2 səviyyələrində dil bacarığını təsdiqləyən rəsmi diplomdur. Fransanın Milli Təhsil Nazirliyi tərəfindən verilir.
- DALF nədir?
DALF fransız dili üzrə C1 və C2 səviyyələrini təsdiqləyən yüksək səviyyəli rəsmi diplomdur.
- DELF və DALF neçə səviyyədən ibarətdir?
DELF dörd səviyyədən — A1, A2, B1 və B2; DALF isə iki səviyyədən — C1 və C2-dən ibarətdir.
- DELF–DALF imtahanından keçmək üçün neçə bal lazımdır?
Namizəd ümumilikdə ən azı 50/100 bal toplamalı və heç bir bölmədən 5/25-dən aşağı nəticə almamalıdır.
- DELF və DALF balı necə hesablanır?
Dinləmə, oxuma, yazma və danışma bölmələrinin hər biri 25 baldır. Dörd nəticə toplanır və maksimum 100 bal əldə edilir.
- Bir bölmədən 4 bal, ümumilikdə 60 bal alsam, keçə bilərəm?
Xeyr. Ümumi nəticə 50-dən yüksək olsa belə, hər hansı bölmədən 5/25-dən aşağı bal almaq uğursuz nəticə sayılır.
- Universitet üçün DELF B2 kifayətdirmi?
DELF B2 bir çox fransızdilli universitet proqramında qəbul edilə bilər. Lakin bəzi universitetlər və xüsusilə dil baxımından daha tələbkar proqramlar DALF C1 istəyə bilər. Konkret proqramın rəsmi tələbi yoxlanılmalıdır.
- DELF və DALF neçə il etibarlıdır?
Hər iki diplom ömürlük etibarlıdır.
- DELF B1 almadan DELF B2 imtahanına girmək mümkündür?
Bəli. Səviyyələr müstəqildir və namizəd əvvəlki səviyyənin diplomuna sahib olmadan seçdiyi imtahana birbaşa qeydiyyatdan keçə bilər.
- DELF Junior və DELF Tout Public fərqlidirmi?
Hər ikisi eyni CEFR səviyyələrini təsdiqləyir. Əsas fərq mövzuların və situasiyaların yaş qrupuna uyğunlaşdırılmasıdır. DELF Junior yeniyetmələrə, Tout Public isə böyük yaşlı yeniyetmələrə və böyüklərə yönəlib.
- DELF–DALF Calculator nə üçün istifadə olunur?
Calculator dörd bölmənin nəticəsini toplayır, ümumi balın 50-yə çatıb-çatmadığını və hər bölmənin minimum 5 bal şərtini yerinə yetirib-yetirmədiyini göstərir.
- İmtahanı neçə dəfə vermək olar?
Namizəd diplomu əldə edənə qədər imtahana bir neçə dəfə daxil ola bilər. Yeni sessiyaya qeydiyyatdan əvvəl əvvəlki imtahanın nəticəsinin açıqlanması tələb olunur.