Almaniyada bakalavr, magistratura, doktorantura və ya digər akademik proqramlarda təhsil almaq istəyən tələbələrin qarşılaşdığı ən vacib dil imtahanlarından biri TestDaF imtahanıdır. TestDaF əsasən Almaniyada universitet təhsili almaq istəyən xarici tələbələrin almanca akademik dil bacarıqlarını ölçmək üçün istifadə olunur. Bu imtahan tələbənin almanca oxuma, dinləmə, yazma və danışma bacarıqlarını akademik və universitet mühitinə uyğun şəkildə qiymətləndirir.
Bu məqalədə "Hesabla.com" olaraq, TestDaF imtahanının nə olduğunu, kimlər üçün lazım olduğunu, imtahan strukturunu, TestDaF bal sistemini, səviyyələrinin nə demək olduğunu, universitetlərin TestDaF nəticələrinə necə yanaşdığını və TestDaF hazırlığında nələrə diqqət etməli olduğunuzu ətraflı izah edəcəyik.
# TestDaF nədir və kimlər üçün lazımdır?
TestDaF Almaniyada təhsil almaq istəyən xarici tələbələrin alman dili səviyyəsini ölçən beynəlxalq dil imtahanıdır. Bu imtahan xüsusilə universitet mühitində lazım olan dil bacarıqlarını yoxlayır. Yəni, burada tələbənin akademik mətnləri oxumaq, mühazirələri və akademik danışıqları dinləmək, yazılı fikir bildirmək və müəyyən mövzu haqqında şifahi danışmaq bacarığı ölçülür. Belə ki, bu imtahan sizin Almaniyada bakalavr, magistratura, Doktorantura və araşdırma, Təqaüd proqramları və Akademik karyeranız üçün dil biliyinizi sübut edən sənəd rolunu oynayır.
Amma TestDaF hər tələbə üçün mütləq seçim deyil. Bəzi universitetlər TestDaF ilə yanaşı DSH, Goethe-Zertifikat C1/C2, telc Deutsch C1 Hochschule və ya digər alman dili sertifikatlarını da qəbul edə bilər. Buna görə də müraciət etməzdən əvvəl hədəf universitetin rəsmi language requirements səhifəsini yoxlamaq vacibdir.
# TestDaF imtahanının strukturu necədir?
TestDaF dörd əsas hissədən ibarətdir və hər bölmə ayrıca qiymətləndirilir:
1. Leseverstehen — Oxuma(Akademik və universitet mövzulu mətnləri anlamaq)
2. Hörverstehen — Dinləmə(Mühazirə, söhbət və akademik danışığı başa düşmək)
3. Schriftlicher Ausdruck — Yazma(Mövzu əsasında yazılı akademik mətn hazırlamaq)
4. Mündlicher Ausdruck — Danışma(Müxtəlif universitet situasiyalarında şifahi cavab vermək)
# TestDaF Leseverstehen bölməsi nədir?
Leseverstehen TestDaF imtahanının oxuma bölməsidir. Bu hissədə tələbənin alman dilində yazılmış mətnləri başa düşmək, əsas fikri tapmaq, detalları seçmək və akademik kontekstdə məlumatı analiz etmək bacarığı ölçülür. Bu bölmədə mətnlər gündəlik universitet həyatına, tələbəlik mühitinə və ümumi akademik mövzulara aid ola bilər. Məqsəd tələbənin Almaniyada universitetdə oxuyarkən qarşılaşacağı mətnləri başa düşüb-düşmədiyini yoxlamaqdır. Yəni bu bölmədə sizdən tələb olunan bacarıqlar, Mətnin ümumi mövzusunu və məqsədini anlamaq, Konkret məlumatı mətndən tapmaq, Cümlələr və abzaslar arasındakı əlaqəni görmək, Universitet və elmi mövzulara aid ifadələri başa düşmək və Mətnləri məhdud vaxtda analiz etmək.
# TestDaF Hörverstehen bölməsi nədir?
Hörverstehen TestDaF imtahanının dinləmə bölməsidir. Bu hissədə tələbənin alman dilində danışığı, mühazirələri, universitet situasiyalarını və akademik mövzuları başa düşmək bacarığı ölçülür. Yəni bu bölmədə sizdən tələb olunan bacarıqlar, Danışığın əsas fikrini tutmaq, Detalları eşitmək, Mühazirə və elmi mövzuları başa düşmək, Danışıq məqsədini anlamaq və Dinləmə zamanı vacib məlumatları yazmaq.
# TestDaF Schriftlicher Ausdruck bölməsi nədir?
Schriftlicher Ausdruck TestDaF imtahanının yazı bölməsidir. Bu hissədə tələbənin alman dilində akademik və strukturlaşdırılmış mətn yazmaq bacarığı qiymətləndirilir. Bu bölmədə namizəd adətən verilən mövzuya uyğun yazılı cavab hazırlamalı, məlumatı təsvir etməli, fikir bildirməli və arqumentlərini məntiqli şəkildə əsaslandırmalıdır. Yəni bu bölmədə sizdən tələb olunan bacarıqlar, Giriş, əsas hissə və nəticə formatında yazı yazmaq, Qrafik, cədvəl və ya verilən fikri izah etmək, Mövzu haqqında fikir bildirmək, ifadə etdiyiniz fikri səbəb və nümunələrlə dəstəkləmək və Rəsmi və aydın alman dili ilə yazmaq.
# TestDaF Mündlicher Ausdruck bölməsi nədir?
Mündlicher Ausdruck TestDaF imtahanının danışma bölməsidir. Bu hissədə tələbənin alman dilində şifahi ünsiyyət qurmaq, akademik və universitet situasiyalarında fikir bildirmək bacarığı ölçülür. Danışma bölməsi real universitet həyatına yaxın situasiyalar üzərində qurula bilər. Məsələn, tələbə bir məsələ haqqında fikir bildirə, universitetdə problem izah edə, akademik mövzu üzrə mövqe əsaslandıra və ya təqdimat formasında danışa bilər. Yəni, bu bölmədə sizdən tələb olunan əsas bacarıqlar, Fikrinizi aydın ifadə etmək, Səlis danışmaq, Akademik mövzuda danışmaq, Fikrinizi səbəb və nümunələrlə əsaslandırmaq və Situasiyaya uypun rəsmi və yarı-rəsmi ifadələrdən istifadə etmək.
# TestDaF bal sistemi necədir və TestDaF Balı necə hesablanır?
TestDaF nəticələri hər bölmə üzrə ayrıca TDN səviyyəsi ilə göstərilir. TDN — TestDaF-Niveaustufe deməkdir. Yəni TestDaF səviyyəsi. Bu imtahanda sizin nəticənizin mənasını bu şəkildə ifadə etmək olar:
- TDN 5 -> Çox yüksək səviyyə, Çox güclü alman dili bacarığı.
- TDN 4 -> Universitet təhsili üçün standart uyğun səviyyə.
- TDN 3 -> Daha məhdud və ya şərti qəbul üçün uyğun ola bilər amma Minimum akademik alman dili bacarığı.
- TDN 3-dən aşağı -> Adətən universitet qəbuluna kifayət etmir və yenidən hazırlaşmaqınız tələb olunur.
TestDaF balı IELTS və TOEFL kimi 0–9 və ya 0–120 total score sistemi ilə verilmir. TestDaF-da hər bölmə ayrıca qiymətləndirilir və nəticə TDN 3, TDN 4 və ya TDN 5 formasında göstərilir. Yəni ümumi məntiq belədir:
- Namizəd dörd bölməni tamamlayır: oxuma, dinləmə, yazma və danışma.
- Hər bölmə ayrıca qiymətləndirilir.
- Bölmə üzrə performans müəyyən TDN səviyyəsinə uyğunlaşdırılır.
- Namizəd hər bölmə üçün ayrıca nəticə alır.
- Universitetlər bu dörd nəticəni öz qəbul tələbləri ilə müqayisə edir.
Goethe-Institut ümumi alman dili imtahanları səhifəsində qeyd edir ki, TestDaF-ın bütün dörd hissəsində TDN 4 alan namizədlərin sertifikatı Almaniyada ali təhsil müəssisələrində demək olar ki, istənilən fənn və dərəcə proqramına qəbul üçün beynəlxalq tanınan dil sübutudur. Bu səbəbdən bir çox tələbə üçün əsas hədəf belə olur:
- Leseverstehen: TDN 4
- Hörverstehen: TDN 4
- Schriftlicher Ausdruck: TDN 4
- Mündlicher Ausdruck: TDN 4
Bu kombinasiya çox vaxt “4x4” kimi düşünülür. Amma bəzi universitetlər və proqramlar daha fərqli kombinasiya qəbul edə bilər. Məsələn, bəzi proqramlarda bir bölmədə TDN 3 qəbul edilə bilər, bəzilərində isə bütün bölmələrdə TDN 4 və ya daha yüksək nəticə tələb oluna bilər.
# TestDaF score neçə il etibarlıdır?
TestDaF sertifikatı ilə bağlı ən çox verilən suallardan biri nəticənin neçə il etibarlı olmasıdır. TestDaF sertifikatı, IELTS və ya TOEFL kimi müəyyən müddət ərzində qüvvədə olan sənəd kimi yox, adətən müddətsiz sənəd kimi qəbul edilir, yəni rəsmi sertifikatın üzərində klassik “2 il” kimi qısa bitmə müddəti olmur. Amma bu o demək deyil ki, bütün universitetlər köhnə nəticəni problemsiz qəbul edəcək. Belə ki, əksər universitetlər son 2 və ya 3 il ərzində alınmış dil sertifikatını istəyə bilər. Yəni TestDaF nəticəsi uzunmüddətli sertifikat kimi istifadə oluna bilər, amma qəbul prosesində universitetin konkret qaydası əsasdır. Buna görə də, mütləq universitetin rəsmi şərtlərinə diqqət yetirin.
# Universitetlər TestDaF nəticələrinə necə yanaşır?
Universitetlər TestDaF nəticəsini alman dilində təhsil almaq üçün dil sübutu kimi qiymətləndirirlər. Ancaq eynilə digər imtahanlarda olduqu kimi, TestDaF təkbaşına qəbul qərarı deyil. Universitetlər sizin akademik sənədlərinizə, attestat və ya diplomunuza, transkriptə, motivation letter-ə, CV-yə və digər sənədlərə də baxırlar. TestDaF nəticəsinin qiymətləndirilməsi məsələsinə gəldikdə isə yanaşmalar bir qədər fərqli olabilər. Nümunə olaraq, bəzi universitetlər bütün bölmələr üzrə TDN 4 nəticəsi tələb edəbilər, hansıki bu ən çox rəst gəlinən tələbdir. Bəzi universitetlərdə isə tələblər daha az sərt olabilər, məsələn bir bölmə üzrə TDN 3 nəticəsi qəbul olunabilər.
Belə ki, sizin əgər məqsədiniz Tibb və Hüquq kimi iddialı ixtisaslardırsa, bu halda sizin qarşınızda daha yüksək tələblər olacaq. Yenə də, bəzən universitetlər sizə müəyyən şərt əsasında qəbul edəbilir, məsələn dil səviyyəniz çatmırsa, sizi dil məktəbine yönləndirərək sizin dil səviyyəniz yeterli səviyəyə gələnə qədər hazırlaşmaqınızı tələb edəbilər.
Hesabla.com olaraq onuda qeyd etmək istəyirik ki, Almanyada təhsil arzusunda olanların TestDaF imtahanını götürməsi məcburi deyil. Dil biliyini sübut edən DSH və Goethe-Zertifikat kimi digər dil imtahanlarınada daxil olabilərlər, TestDaF sadəcə bu imtahanlar arasında ən məşhur olanıdır. Yenə də siz, TestDaF imtahanı üçün hazırlıqlara başlamazdan əvvəl, arzuladığınız universitetin qəbul şərtlərinə göz gəzdirin. Çünki, hər zaman alternativ dil imtahanları olan DSH və Goethe-Zertifikat tələb olunmayabilər.
# TestDaF imtahanı üçün hazırlaşanlara "Hesabla.com" olaraq bizim tövsiyələrimiz
Belə ki, əgər sizin TestDaF imtahanının oxuma bölməsində problemləriniz varsa, Akademik mətnlər oxuyun, Əsas fikri və konkret məlumatı tez tapmağı öyrənin, Ayrı-ayrı söz əzbərləmək əvəzinə cümlə içində sözləri kontekstdə öyrənin və Mətn strukturunu analiz edin. Çünki, buradaki əsas məqsəd, mətni tərcümə etmək deyil. Məqsəd mətni kifayət qədər tez və doğru başa düşməkdir.
Yox əgər sizin TestDaF imtahanının dinləmə bölməsində problemləriniz varsa, Alman dilində mühazirələr dinləyin; həmin mühazirələri dinləyərkən qeyd aparmağ ilə bağlı məşq edin; Almaniyanın müxtəlif bölgələrindən danışığı dinləyin, beləliklə fərqli aksentləri tanıyın; Nə axtardığınız bilmək, audio materialı dinləməyinizi asanlaşdıracaq buna görə mütləq audio material təqdim olunmamışdan əvvəl suallara göz gəzdirin; İlk dinləmədən sonra səhvlərinizi qeyd edin və sonra təkrar-təkrar dinləyərək səhvlərinizi analiz edin. Çünki, dinləmə bölməsində hər şeyi 100% başa düşmək şərt deyil. Əsas odur ki, əsas məzmunu, vacib detalları və danışığın məqsədini başa düşün.
Yox əgər sizin nə oxumaq ilə bağlı nə də dinləmə ilə bağlı probleminiz yoxdursa və sizin probleminiz yazı bölməsindədirsə, O zaman Standart essay strukturu öyrənin, Bağlayıcı sözlərdən istifadə edin(Deshalb, außerdem, jedoch, einerseits, andererseits və s.), Qrafik təsviri ilə bağlı məşq edin, Fikirlərinizi səbəbləri və nümunələri ilə birliktə əsaslandırın. Son olaraq isə əgər mümkündə yazdıqlarınızı müəllim və ya yüksək dil səviyyəsinə malik bir şəxs vasitəsilə dəyərləndirin. Eynilə bu bölmədə ən böyük səhvlərdən biridə, müəyyən olunmuş mövzudan uzaqlaşmaqdır. Elə buna görə də, başlamazdan əvvəl sualın nə istədiyini tam anlayın və daha sonra cavablarınızı qeyd etməyə başlayın.
Yox sizin probləminiz nə oxuma, nə yazma nə də dinləmə bölməsində deyil, sizin probleminiz danışıq bölməsindədirsə, o zaman bizim məsləhətimiz, öz danışıqlarınızı analiz edəbilməyinizi üçün öz səsinizi, səs yazısına alın. Fikir bildirmək, razılaşmaq və ya müqayisə edəbilmək üçün hazır ifadələri öyrənin. Bir digər problemdə vaxtın düzgün istifadə olunmamasıdır elə buna görə də taymer ilə hazırlaşmaqa cəhd göstərin, Tələbə həyatı, seminar kimi mövzular ilə bağlı universitet situasiyalarını məşq edin. Son olaraq, Mükəmməl cümlə qurmaq əvəzinə fikrinizi aydın ifadə etmək üçün, yəni daha səlis cavab vermək üçün məşq edin. Unutmayın bu bölmədə əsas məqsəd ana dili kimi danışmaq deyil. Əsas məqsəd fikri başa düşülən, məntiqli və situasiyaya uyğun formada ifadə etməkdir.
Ümumi olaraq tələbələrin etdikləri səhvlər haqqında danışmaq lazım olarsa, bu zaman qeyd edəbilərik ki, əksər tələbələr yalnız qrammatika öyrənməyə üstünlük verir. Bu isə doğru yanaşma deyil, qrammatika ilə yanaşı mütləq oxuma, dinləmə, yazma və danışma bacarıqlarınızı inkişaf etdirin. Danışıq bölməsinə özünüzü hazır hiss edəndə yox elə məhz ilk gündən məşq edin. Yazdıqınız esseleri mütləq yoxlatdırın. Akademik söz ehtiyatınızın zaif olmaması üçün akademik mətnlər və audio materiallardan istifadə edin. Bu səhvlər ilə yanaşı çox rast gəlinən iki səhv isə sadəcə gündəlik alman dilinin öyrənilməsi və vaxt idarəsi etmədən hazırlaşmaq olur. Unutmayın ki, bu imtahan akademik dil imtahanıdır və bu imtahanda sizin müəyyən bir vaxtınız var!
# Tez-tez verilən suallar
- TestDaF nədir?
TestDaF Almaniyada universitet təhsili almaq istəyən xarici tələbələrin alman dili bacarıqlarını ölçən standartlaşdırılmış imtahandır. İmtahan oxuma, dinləmə, yazma və danışma bölmələrindən ibarətdir.
- TestDaF kimlər üçün lazımdır?
TestDaF əsasən Almaniyada almanca tədris olunan bakalavr, magistratura və digər akademik proqramlara müraciət edən tələbələr üçün lazımdır.
- TestDaF hansı səviyyəni ölçür?
TestDaF əsasən B2–C1 səviyyələrini ölçür. Goethe-Institut TestDaF-ı B2–C1 səviyyələrini əhatə edən advanced-level imtahan kimi təqdim edir.
- TestDaF neçə bölmədən ibarətdir?
TestDaF dörd bölmədən ibarətdir: Leseverstehen, Hörverstehen, Schriftlicher Ausdruck və Mündlicher Ausdruck. Yəni oxuma, dinləmə, yazma və danışma.
- TestDaF balı necə hesablanır?
TestDaF-da hər bölmə ayrıca qiymətləndirilir və nəticə TDN 3, TDN 4 və ya TDN 5 kimi göstərilir. Burada IELTS və TOEFL kimi vahid total score əsas göstərici deyil.
- TDN 4 nə deməkdir?
TDN 4 universitet təhsili üçün ən çox tələb olunan TestDaF səviyyəsidir. Goethe-Institut bildirir ki, bütün dörd hissədən TDN 4 alan namizəd Almaniyada demək olar ki, istənilən ixtisas və dərəcə proqramına qəbul üçün tanınan dil sübutu əldə edir.
- TestDaF-da yaxşı nəticə neçədir?
Ən ümumi hədəf bütün dörd bölmədə TDN 4 almaqdır. Daha güclü nəticə isə bir və ya bir neçə bölmədə TDN 5 almaqdır.
- Bir bölmədə TDN 3 alsam, qəbul ola bilərəm?
Bu, universitetdən və proqramdan asılıdır. Bəzi universitetlər müəyyən kombinasiya ilə TDN 3 qəbul edə bilər, bəziləri isə bütün bölmələrdə TDN 4 tələb edir. Uni-assist bildirir ki, qəbul üçün lazım olan proficiency level-ləri universitetlər müəyyən edir.
- TestDaF sertifikatı neçə il etibarlıdır?
TestDaF sertifikatı adətən uzunmüddətli sənəd kimi qəbul edilir, amma bəzi universitetlər son illərdə alınmış sertifikat tələb edə bilər. Buna görə hədəf universitetin konkret qaydasını yoxlamaq lazımdır.
- TestDaF və DSH arasında fərq nədir?
TestDaF beynəlxalq standartlaşdırılmış imtahandır və lisenziyalı test mərkəzlərində keçirilir. DSH isə adətən Almaniya universitetləri tərəfindən təşkil olunur və format universitetdən asılı olaraq dəyişə bilər.
- TestDaF və Goethe-Zertifikat arasında fərq nədir?
TestDaF daha çox Almaniyada universitet təhsili üçün akademik dil bacarığını ölçür. Goethe-Zertifikat isə A1-dən C2-yə qədər ümumi alman dili səviyyəsini sübut edən sertifikat sistemidir.