Xaricdə, xüsusilə ABŞ universitetlərində bakalavr təhsili almaq istəyən tələbələrin qarşılaşdığı əsas standartlaşdırılmış imtahanlardan biri ACT imtahanıdır. ACT tələbənin məktəb dövründə qazandığı akademik bacarıqları ölçmək üçün istifadə olunan beynəlxalq testlərdən biridir. Bu imtahan əsasən English, Math və Reading bacarıqlarını qiymətləndirir. Science və Writing bölmələri isə hazırkı yenilənmiş ACT formatında optional, yəni əlavə seçim kimi təqdim olunur.
ACT uzun müddət SAT ilə birlikdə ABŞ universitetlərinə qəbul prosesində ən çox istifadə olunan testlərdən biri olub. Bir çox universitet ACT və SAT nəticələrini akademik hazırlığın göstəricisi kimi qəbul edir. Lakin son illərdə universitetlərin test siyasətləri dəyişib: bəzi universitetlər test-required, bəziləri test-optional, bəziləri isə test-blind siyasət tətbiq edir. Buna görə də ACT imtahanına hazırlaşmazdan əvvəl müraciət ediləcək universitetlərin rəsmi admission requirements səhifələrini yoxlamaq vacibdir.
Bu məqalədə ACT imtahanının nə olduğunu, ACT bölmələrini, ACT nəticəsinin necə hesablandığını, Science və Writing bölmələrinin nəticəyə necə təsir etdiyini, universitetlərin ACT score-u necə yanaşdığını ətraflı izah edəcəyik.
# ACT nədir?
ACT ABŞ universitetlərinə qəbul prosesində istifadə olunan standartlaşdırılmış imtahandır. Bu test tələbənin universitet səviyyəsində təhsil almağa nə qədər hazır olduğunu ölçmək üçün hazırlanıb. ACT əsasən məktəb proqramında qazanılan bacarıqlara fokuslanır: mətnləri anlamaq, yazılı ifadəni düzəltmək, riyazi düşünmək, məlumatları analiz etmək və akademik problemlərə məntiqli yanaşmaq.
ACT yalnız bir fənn imtahanı deyil. Yəni bu test təkcə riyaziyyat, təkcə ingilis dili və ya təkcə elm biliklərini ölçmür. ACT daha çox tələbənin müxtəlif akademik bacarıqları birlikdə necə istifadə etdiyini yoxlayır.
# ACT kimlər üçün lazımdır?
ACT əsasən xaricdə bakalavr təhsili almaq istəyən tələbələr üçün faydalıdır. Xüsusilə ABŞ universitetlərinə müraciət edən tələbələr ACT nəticəsini application paketinin bir hissəsi kimi təqdim edə bilərlər.
ABŞ universitetlərinə bakalavr müraciəti, Təqaüd proqramları, SAT alternativi, Riyaziyyat və oxu bacarıqlarını göstərmək üçün istifadə ediləbilər.
Burada vacib məqam odur ki, hər universitet ACT nəticəsini eyni formada qiymətləndirmir. Bəzi universitetlər ACT və ya SAT tələb edir, bəziləri optional qəbul edir, bəziləri isə test nəticələrini qəbul qərarında nəzərə almır. Buna görə də tələbə əvvəlcə hədəf universitet siyahısını hazırlamalı və hər universitetin qəbul şərtlərini ayrıca yoxlamalıdır.
# Enhanced ACT nədir və nə dəyişib?
Enhanced ACT, bu imtahanın yenilənmiş formatıdır. Bu yeniləmələr tələbələrə daha çevik və daha qısa test təcrübəsi təqdim etmək üçün hazırlanıb. Ən vacib dəyişikliklərdən biri Science bölməsinin optional olmasıdır. Yəni tələbə istəsə Science bölməsini əlavə edə bilər, amma Composite score almaq üçün Science artıq məcburi deyil.
ACT-in rəsmi higher education məlumatına görə, yeni Composite score English, Math və Reading section score-larının ortalaması əsasında hesablanır. Science bölməsini seçən tələbələr ayrıca Science score və STEM score alırlar. Writing bölməsini seçənlər isə ayrıca Writing score və ELA score görə bilirlər.
Qısaca desək, Science optional oldu, Composite Score dəyişdi, Test qısaldıldı, Science isə ayrıca report olunmaqa başladı.
Beynəlxalq tələbələr üçün, ACT-in rəsmi məlumatında qeyd olunur ki, 2025-ci ilin sentyabrından etibarən bütün tələbələr English, Math və Reading performansına əsaslanan yeni ACT Composite Score alırlar. 2026-cı ilin fevralından isə Beynelxalq tələbələr üçün əlavə enhanced test tərkibində dəyişikliklərin tətbiqi planlaşdırılır.
# ACT neçə bölmədən ibarətdir?
Hazırkı ACT formatı əsas bölmələr və optional bölmələrdən ibarətdir. Əsas bölmələr English, Math və Reading-dir. Science və Writing isə optional kimi təqdim olunur.
ACT-in rəsmi məlumatına görə, English 35 dəqiqə və 50 sualdan, Math 50 dəqiqə və 45 sualdan, Reading 40 dəqiqə və 36 sualdan, optional Science 40 dəqiqə və 40 sualdan, optional Writing isə 40 dəqiqəlik 1 prompt-dan ibarətdir.
Bu imtahanda qarşılaşdığınız hər sual sizin nəticənizə təsir etməyə bilər. Bele ki rəsmi məlumata görə English bölməsində 50 sualdan 40 sual, Math bölməsində 45 sualdan 41 sual, Reading bölməsində 36 sualdan 27 sual və optional Science bölməsində isə 40 sualdan 34 sual, sizin nəticənizə təsir edəbilər. Qalan suallar isə sınaq məqsədilə istifadə olunduğu üçün sizin nəticənizə təsir etməyə bilər.
Ancaq, tələbələr test zamanı hansı sualın sınaq məqsədli olduqunu bilmədiyi üçün, bütün suallara ciddi yanaşmalıdır.
# ACT English bölməsi nəyi ölçür?
ACT English bölməsi tələbənin yazılı ingilis dilini düzəltmək, redaktə etmək və daha aydın ifadə etmək bacarığını ölçür. Bu bölmədə tələbəyə qısa mətnlər verilir və müəyyən hissələr üzrə suallar təqdim olunur. Tələbə ən düzgün, ən aydın və ən məntiqli variantı seçməlidir.
Rəsmi ACT section structure məlumatına görə, English bölməsi grammar, usage və rhetorical skills bacarıqlarını ölçür. Bu bölmədə Production of Writing, Knowledge of Language və Conventions of Standard English kimi sual tipləri göstərilir.
English bölməsində əsas bacarıqlar bunlardır: subject-verb agreement, punctuation. Sözlərin və ifadələrin düzgün istifadəsi. Mətnin məqsədinə uyğun ifadə seçimi, Fikirlərin ardıcıllığı və mətnin quruluşu, Cümlənin daha aydın və effektiv formada verilməsi.
Bu bölmədə uğur qazanmaq üçün yalnız qrammatika qaydalarını bilmək kifayət deyil. Tələbə həm də müəllifin məqsədini, mətnin tonunu və cümlələrin ümumi məntiqini başa düşməlidir.
# ACT Math bölməsi nəyi ölçür?
ACT Math bölməsi tələbənin riyazi düşünmə və problem həll etmə bacarığını ölçür. Bu bölmə məktəbdə öyrənilən əsas riyaziyyat biliklərinə əsaslanır və tələbənin bu bilikləri müxtəlif problem situasiyalarında tətbiq etməsini tələb edir.
ACT score report izahında Math bölməsinin Preparing for Higher Math və Integrating Essential Skills reporting category-lərinə bölündüyü qeyd olunur. Preparing for Higher Math daxilində Number & Quantity, Algebra, Functions, Geometry, Statistics & Probability kimi alt sahələr göstərilir.
Math bölməsində calculator istifadəsi müəyyən qaydalar daxilində mümkündür, amma bütün sualları calculator həll etmir. Tələbə sualın məntiqini başa düşməli və hansı həll yolunun daha sürətli olduğunu seçməlidir.
# ACT Reading bölməsi nəyi ölçür?
ACT Reading bölməsi tələbənin mətnləri anlamaq, analiz etmək və məlumatları müqayisə etmək bacarığını ölçür. Bu bölmədə tələbəyə müxtəlif mövzularda mətnlər təqdim olunur və həmin mətnlər əsasında suallar verilir.
ACT-in rəsmi section məlumatına görə, Reading bölməsi tələbənin birinci il college kurslarında istifadə olunan mətnlərə oxşar passage-ləri nə qədər yaxşı başa düşdüyünü və analiz etdiyini ölçür. Suallar əsas fikir, detallar, əlaqələr, müəllifin məqsədi və perspektivi kimi bacarıqları yoxlayır.
Reading bölməsində vaxt idarəetməsi çox vacibdir. Çünki 40 dəqiqə ərzində 36 suala cavab vermək lazımdır. Buna görə tələbə həm sürətli, həm də dəqiq oxumağı bacarmalıdır.
# ACT Science bölməsi nəyi ölçür?
ACT Science hazırkı enhanced formatda optional bölmədir. Bu bölmə biologiya, kimya, yer və kosmos elmləri, fizika kimi sahələrdə məlumatları anlamaq, analiz etmək və elmi düşünmə bacarığını ölçür.
ACT-in rəsmi test overview məlumatına görə, Science bölməsi interpretation, analysis, reasoning və problem-solving bacarıqlarını ölçür.
Science bölməsi optional olsa da, bəzi STEM proqramları, engineering, biology, chemistry və pre-med kimi sahələr üçün faydalı ola bilər. Science seçən tələbələr ayrıca Science score və STEM score ala bilirlər. ACT məlumatına görə, Science section götürən tələbələr standalone Science score ilə yanaşı STEM score da əldə edirlər.
# ACT Writing bölməsi nəyi ölçür?
ACT Writing optional essay bölməsidir. Bu bölmədə tələbəyə complex issue haqqında prompt verilir və üç fərqli perspektiv təqdim olunur. Tələbə öz mövqeyini inkişaf etdirməli və onu digər perspektivlərlə əlaqələndirərək izah etməlidir.
Rəsmi ACT section structure səhifəsinə görə, Writing bölməsi 40 dəqiqə davam edir və tələbənin high school English və entry-level college composition kurslarında öyrəndiyi yazı bacarıqlarını ölçür. Writing score Composite score-a təsir etmir.
# ACT bal sistemi necədir?
ACT-də əsas section score-lar 1–36 aralığında verilir. English, Math, Reading və optional Science bölmələrinin hər biri üçün ayrıca section score ola bilər. Composite score da 1–36 aralığında göstərilir.
ACT-in rəsmi score izahına görə, ACT nəticələri düzgün cavablandırılan sualların sayına əsaslanır və səhv cavablara görə cəza yoxdur. Hər test üzrə raw score, yəni düzgün cavab sayı, scale score-a çevrilir ki, nəticələr müxtəlif test formaları və test tarixləri arasında eyni mənanı daşısın.
Səhv cavaba görə penalty olmadığı üçün tələbə cavabsız sual buraxmamalıdır. Əgər vaxt az qalırsa, ən məntiqli variantı seçmək daha yaxşıdır.
# ACT Composite score necə hesablanır?
ACT-nin rəsmi izahında Composite score-un English, Math və Reading score-larının ortalaması olduğu və ən yaxın tam rəqəmə yuvarlaqlaşdırıldığı qeyd olunur.
Formula belədir: ACT Composite Score = (English + Math + Reading) / 3
Nümunə olaraq təsəvvür edək, English(25), Math(27), Reading(26).
Formulumuzu tətbiz edək, (25 + 27 + 26) / 3 = 26
Yəni, Composite Score: 26
Bu nümunə göstərir ki, ACT-də hər əsas bölmə Composite score-a təsir edir. Bir bölmədə çox zəif nəticə ümumi score-u aşağı sala bilər. Buna görə də yalnız Math və ya yalnız English üzərində işləmək kifayət deyil; English, Math və Reading balanslı şəkildə hazırlanmalıdır.
# Yaxşı ACT score neçədir?
“Yaxşı ACT score” tələbənin hədəf universitetindən, proqramından və scholarship məqsədindən asılıdır. Rəsmi ACT national ranks məlumatına görə, national rank tələbənin score-unun digər ACT test verən məzunlarla müqayisədə hansı percentile-da olduğunu göstərir. Məsələn, Composite 22 üçün national rank 72 kimi göstərilir, yəni həmin score test verənlərin 72%-nin nəticəsinə bərabər və ya onlardan yüksəkdir.
- 18–20, Orta səviyyəyə yaxın
- 21–24, Yaxşı başlanğıc səviyyəsi
- 25–28, Güclü nəticə
- 29–32, Çox güclü nəticə
- 33–36, Rəqabətli universitetlər üçün yüksək nəticə
Bu cədvəl ümumi izah üçündür. Bir universitet üçün 25 yaxşı nəticə ola bilər, amma çox rəqabətli proqram üçün 32 və daha yuxarı score lazım ola bilər.
# Universitetlər ACT nəticələrini necə yanaşır?
Universitetlər ACT nəticəsini adətən application paketinin bir hissəsi kimi qiymətləndirirlər. Bu o deməkdir ki, ACT score təkbaşına qəbul və ya rədd qərarı deyil. Universitetlər GPA, transkript, recommendation letters, essay, extracurricular activities, İngilis dili səviyyəsi və digər sənədlərlə birlikdə ACT score-a baxa bilərlər.
ACT nəticəsi yüksəkdirsə və universitet test-optional olsa belə, tələbə bu score-u təqdim etməklə application profilini gücləndirə bilər. Amma score hədəf universitetin gözləntisi olan aralığdan çox aşağıdırsa, təqdim edib-etməmək haqqında ayrıca düşünülməlidir.
# ACT-ə necə hazırlaşmaq olar?
ACT hazırlığında əsas məqsəd test formatını başa düşmək, vaxt idarəetməsini öyrənmək və zəif section-ları inkişaf etdirməkdir. ACT rəsmi olaraq free practice resources, PDFs, online quizzes və full-length practice tests təqdim edir.
Addım addım nece hazırlaşmaq olar:
1. Rəsmi practice test həll edin
2. English, Math və Reading score-larınızı analiz edin
3. Zəif reporting category-ləri müəyyən edin
4. Vaxtla practice etməyə başlayın
5. Səhvlərinizi ayrıca qeyd edin
6. Optional Science və Writing lazım olub-olmadığını yoxlayın
7. Test tarixindən əvvəl full-length test edin
ACT-də sürət çox önəmlidir. Sualların sayı çox olduğu üçün tələbə yalnız mövzuları bilməməli, həm də onları vaxt limitində həll etməyi bacarmalıdır.
# English üçün hazırlıq məsləhətləri
English bölməsində uğur qazanmaq üçün grammar qaydaları ilə yanaşı mətn redaktəsi bacarığı da vacibdir. Buna görə də, Punctuation qaydalarını öyrənin, Sentence structure məşq edin, Conciseness prinsipini bilin, Transition sözlərinə diqqət edin və Mətnin məqsədini anlayın.
# Math üçün hazırlıq məsləhətləri
Math bölməsində əsas məqsəd riyazi bilikləri sürətli və düzgün tətbiq etməkdir. Bu bölmədə yaxşı nəticə almaqınız üçün, Algebra mövzularına fokuslanın, Functions və geometry təkrarlayın, Statistics və probability çalışın, Calculator qaydasını öyrənin və Səhv dəftəri tutun.
# Reading üçün hazırlıq məsləhətləri
Reading bölməsində əsas çətinlik vaxtdır. Tələbə qısa müddətdə mətnləri oxumalı və sualları düzgün cavablandırmalıdır. Belə ki, Skimming və scanning öyrənin, Müəllif tonunu anlayın, iki mətni müqayisə etmək üçün məşq edin və Cavabı mətnlə sübut edin.
# Tez-tez verilən suallar
- ACT nədir?
ACT ABŞ universitetlərinə bakalavr müraciətlərində istifadə olunan standardized test-dir. Bu imtahan English, Math və Reading bacarıqlarını ölçür. Science və Writing bölmələri optional ola bilər.
- ACT neçə bölmədən ibarətdir?
Hazırkı ACT əsasən English, Math və Reading bölmələrindən ibarətdir. Science və Writing optional add-on kimi seçilə bilər.
- ACT Composite score necə hesablanır?
Composite score English, Math və Reading section score-larının ortalaması ilə hesablanır və ən yaxın tam rəqəmə yuvarlaqlaşdırılır.
- ACT-də Science score Composite-ə təsir edir?
Hazırkı enhanced ACT formatında Science optional-dır və Composite score-a daxil edilmir. Science seçilərsə, ayrıca Science score və STEM score report oluna bilər.
- ACT Writing score Composite score-a təsir edir?
Xeyr. Writing score Composite score-a təsir etmir. Writing optional 2–12 scale üzrə qiymətləndirilir.
- ACT-də səhv cavaba görə cəza varmı?
Xeyr. ACT nəticələri düzgün cavab sayına əsaslanır və səhv cavablara görə penalty yoxdur.
- Yaxşı ACT score neçədir?
Bu, hədəf universitetdən asılıdır. Ümumi olaraq 25–28 güclü nəticə, 29–32 çox güclü nəticə, 33–36 isə yüksək rəqabətli nəticə hesab oluna bilər. Ən doğru yanaşma universitetin admitted student ACT range məlumatına baxmaqdır.
- ACT Calculator nə üçün lazımdır?
ACT Calculator English, Math və Reading score-larını daxil etməklə Composite score-u hesablamağa kömək edir. Bu, hədəf score planlamaq və practice test nəticələrini analiz etmək üçün faydalıdır.
- ACT yoxsa SAT seçmək daha yaxşıdır?
Bu tələbənin güclü tərəflərindən və test formatına uyğunluğundan asılıdır. ACT daha çox sürət və bölmə müxtəlifliyi tələb edir. SAT isə Digital formatda adaptiv modul sistemi ilə işləyir. Hər iki test universitetlər tərəfindən qəbul oluna bilər.
ACT nədir? ACT balı necə hesablanır və universitetlər ACT nəticələrini necə qiymətləndirir?
Maraqlı Məqalələr
SAT nədir? Digital SAT balı necə hesablanır və universitetlər SAT nəticələrini necə qiymətləndirir?
Xaricdə, xüsusilə ABŞ universitetlərində bakalavr təhsili almaq istəyən tələbələr üçün ən çox qarşılaşılan imtahanlardan biri SAT imtahanıdır. Bu imtahan tələbənin məktəbdə öyrəndiyi oxuma, yazı, dil və riyaziyyat bacarıqlarını ölçür və nəticəni 400–1600 aralığında score olaraq təqdim edir...
Duolingo English Test nədir? DET balı necə hesablanır və universitetlər Duolingo nəticələrini necə qiymətləndirir?
Xaricdə təhsil almaq istəyən tələbələr üçün ingilis dili biliklərini sübut etmək əsas dil imtahanlarından biridir. Uzun illərdir ki, bu məqsədlə ən çox istifadə edilən IELTS və TOEFL imtahanları olub. Son illərdə bu siyahıya Duolingo İngilis dili Testi də əlavə edilib və beləliklə, tələbələr üçün daha əlverişli alternativlərdən birinə çevrilib...
TOEFL nədir? Yeni sistemdə TOEFL balı necə hesablanır? Universitetlər TOEFL ballarına necə yanaşırlar?
Xaricdə təhsil almaq istəyənlər üçün ən populyar imtahanlardan biri olan TOEFL, xaricdə təhsil almaq, beynəlxalq universitetlərə müraciət etmək və ya ingilis dili biliklərini sübut etmək üçün ən məşhur imtahanlardan biridir...