Xaricdə təhsil almaq istəyən tələbələr üçün ingilis dili biliyini sübut etmək əsas dil imtahanlarından biridir. Uzun illər ərzində bu məqsədlə ən çox IELTS və TOEFL imtahanları istifadə olunurdu. Son illərdə isə Duolingo English Test-də bu siyahıya əlavə oldu və beləliklə tələbələr üçün daha rahat alternativlərdən biri oldu.
Duolingo English Test onlayn şəkildə verilən, kompüter əsaslı və adaptiv ingilis dili imtahanıdır. Bu imtahan namizədin Reading, Writing, Listening və Speaking bacarıqlarını ölçür və nəticəni 10-dan 160-a qədər olan score sistemi ilə göstərir. Bu imtahanın tələbələr üçün daha rahat olmasının bir digər səbəbidə ondadır ki, test mərkəzinə getmədən evdən daxil olunabilər.
Hesabla.com olaraq bu məqalədə Duolingo English Test-in nə olduğunu, Duolingo English Test ballarının necə hesablandığını, DET score sisteminin necə işlədiyini və universitetlərin Duolingo nəticələrinə necə yanaşdığını ətraflı izah edəcəyik.
# Duolingo English Test nədir?
Duolingo English Test, ana dili ingilis dili olmayan şəxslərin ingilis dili bacarıqlarını ölçmək üçün hazırlanmış beynəlxalq online imtahandır. Bu test tələbənin oxuma, yazma, dinləmə və danışıq bacarıqlarını qiymətləndirir və nəticəni 10–160 aralığında tələbələrə təqdim edir.
Bu imtahanın digər testlərdən ən əsas fərqi kompüter əsaslı olması hətta komputer adaptiv olmasıdır. Yəni test zamanı suallar namizədin cavablarına uyğun olaraq asanlaşa və ya çətinləşə bilər. Duolingo-nun rəsmi izahına görə, adaptiv sistem testin daha az vaxtda və daha az sualla namizədin real dil səviyyəsini ölçməsinə kömək edir.
# Duolingo English Test kimlər üçün lazımdır?
Duolingo English Test əsasən xaricdə təhsil almaq istəyən tələbələr üçün faydalıdır. Bir çox universitet və proqram IELTS və TOEFL ilə yanaşı DET nəticəsini də qəbul edə bilər. Lakin qəbul qaydaları universitetdən-universitetə və proqramdan-proqrama dəyişir.
Duolingo English Test rəsmi saytında qəbul edən universitet və qurumları axtarmaq üçün xüsusi “Accepting Institutions” səhifəsi təqdim olunur. Bu səhifə vasitəsilə tələbə müraciət etmək istədiyi universitetin DET qəbul edib-etmədiyini yoxlaya bilər.
# Duolingo English Test necə keçirilir?
Duolingo English Test tamamilə online keçirilir. Namizəd imtahanı öz kompüterindən verir. Bunun üçün sabit internet bağlantısı, kamera, mikrofon və uyğun test mühiti lazımdır. Bu imtahan texmini bir saat davam edir və rəsmi nəticələr adətən 2 gün içində müəyyən olur.
Duolingo English Test'in tələbələr üçün əlverişli olmasının bir səbəbi Test mərkəzinə getmedən istənilən vaxt uyğun şəraitdə imtahan daxil olabilir və 2 gün ərzində imtahan nəticələri əldə ediləbilir. Xüsusile IELTS və TOEFL kimi imtahanlara vaxtı çatmayan tələbələr üçün bu imtahan çox gözəl bir alternativdir. Ancaq, sizə təqdim olunan bu rahatlıqın eyni zamanda ciddi tələbləridə var. İmtahan zamanı otaqda tək olmaq, ekrana baxmaq, icazəsiz materiallardan istifadə etməmək və test qaydalarına tam əməl etmək vacibdir.
# Duolingo English Test IELTS və TOEFL-dan nə ilə fərqlənir?
Duolingo English Test IELTS və TOEFL-dan nə ilə fərqlənir?
Duolingo English Test, IELTS və TOEFL kimi ingilis dili biliyini ölçür. Amma format baxımından onlardan fərqlənir. IELTS daha çox ayrıca bölmələr və examiner ilə Speaking formatı ilə tanınır. TOEFL isə akademik mühitə fokuslanan kompüter əsaslı testdir. DET isə online, daha qısa və adaptiv formatı ilə seçilir.
Əsas fərq ondadır ki, Bu imtahan adaptivdir. Yəni hər namizəd eyni sual dəstini görməyə bilər. Sistem namizədin cavablarına əsasən sualların çətinlik səviyyəsini tənzimləyir. Belə ki, Duolingo-nun rəsmi açıqlamasına görə, yalnız doğru və yanlış cavablara görə yox, həm də namizədin cavablandırdığı sualın çətinlik səviyyəsinə görədə sualın namizədə qazandıracağı balın dəyəri dəyişir.
# Duolingo English Test-in adaptiv olması nə deməkdir?
Adaptiv test o deməkdir ki, imtahan namizədin performansına uyğun şəkildə dəyişir. Əgər namizəd suallara doğru cavab verirsə, test daha çətin suallar təqdim edir, əgər namizəd suallara yanlış cavab verirsə o halda suallar daha asanlaşa bilər.
Bu səbəbdən də, Duolingo English Test imtahanında “mən neçə sualı düz cavablandırsam, neçə bal alaram?” sualına IELTS Listening və ya Reading-də olduğu kimi sadə cavab vermək olmur. Çünki DET-də score yalnız doğru cavab sayından yox, sualların səviyyəsindən və cavabların ümumi keyfiyyətindən də asılıdır.
# Duolingo English Test hansı bacarıqları ölçür?
Bu imtahan eynilə digər dil imtahanları kimi, yenə sizin səviyyənizi dörd əsas bacarıq üzərindən qiymətləndirir, bunlar: Reading, Writing, Listening və Speaking bacarıqlarıdır.
Burada digər imtahan tiplərindən əsas fərqlənən bir xüsusiyyət daha ortaya çıxır. IELTS ve TOEFL hər bir bacarıqı xüsusilə yoxlayır ancaq Duolingo English Test isə bu bacarıqları müxtəlif sual növləri vasitəsilə yoxlayır. Məsələn, bəzi tapşırıqlar həm oxuma, həm yazma, bəzi tapşırıqlar isə həm dinləmə, həm danışıq bacarığını ölçə bilər.
Buna görə də, Hesabla.com olaraq sizlər üçün hansı sual tipi, hansı bacarıqı ölçür paylaşmaq istəyirik:
- Read and Complete -> Oxuma və söz ehtiyatı
- Read and Select -> Söz tanıma və vocabulary
- Listen and Type -> Dinləmə və yazma
- Read Aloud -> Oxuma və tələffüz
- Write About the Photo -> Yazı və təsvir bacarığı
- Speak About the Photo -> Danışıq və təsvir bacarığı
- Interactive Reading -> Mətn anlama və məntiqi əlaqə
- Interactive Listening -> Dinləmə və cavab qurma
- Writing Sample -> Daha geniş yazılı cavab
- Speaking Sample -> Daha geniş şifahi cavab
# Duolingo English Test score sistemi necədir?
Duolingo English Test nəticəsi 10–160 aralığında verilir. Score 5 ballıq artımlarla göstərilir. Məsələn, 95, 100, 105, 110 kimi nəticələr mümkündür.
# Duolingo subscores nədir?
Duolingo English Test yalnız ümumi balı göstərmir. Eyni zamanda, subscores da təqdim edir. Subscores namizədin müxtəlif bacarıq kombinasiyalarında necə performans göstərdiyini izah edir. Belə ki, Duolingo sizlərə dörd ədə integrated subscrore təqdim edir:
- Literacy: Reading + Writing
- Comprehension: Reading + Listening
- Conversation: Speaking + Listening
- Production: Speaking + Writing
Bu subscores tələbənin hansı bacarıqlarda güclü və ya zəif olduğunu daha yaxşı başa düşməyə kömək edir. Məsələn, overall score 120 ola bilər, amma Production subscore aşağıdırsa, bu tələbənin Speaking və Writing bacarıqlarında əlavə çalışmağa ehtiyacı olduğunu göstərə bilər.
# Duolingo English Test balı necə hesablanır?
Biz IELTS ve TOEFL üçün ümumi balı hesablayarkən, aritmetik bir hesablama istifadə edirdik. Yəni, ümumi balı əldə etmək üçün bacarıqlardan əldə etdiyimiz bal-ı, bacarıqların sayına bölürdük və əldə etdiyimiz bal bizim ümumi balımız olurdu.
Məsələn, IELTS-də Listening, Reading, Writing və Speaking band-ları toplanıb 4-ə bölünür. DET-də isə adaptiv test sistemi, sualların çətinlik səviyyəsi, cavabların doğruluğu və cavabların keyfiyyəti birlikdə nəzərə alınır.
Duolingo-da reading və listening tapşırıqlarının çoxunda doğru cavab və ya qismən doğru cavab əsasında qiymətləndirmə aparılır. Speaking və writing cavabları isə daha mürəkkəb qiymətləndirmə tələb edir və cavabın məzmunu, ardıcıllığı, vocabulary, grammar, fluency və pronunciation kimi amillər nəzərə alınır. Bu səbəbdən DET-də “40 sualdan 30 düz cavab = konkret score” kimi sabit hesablama qaydası yoxdur.
# Duolingo English Test nəticəsinin etibarlılıq müddəti
Daha əvvəlki yazılarımızda IELTS və TOEFL nəticəsini etibarlılıq müddəti bittiktən sonra belə baxabildiyimizi deyirdik. Ancaq, Duolingo-da bu belə deyil, Duolingo English Test-dən əldə etdiyiniz nəticələr, iki il müddətində etibar olur və iki ildən sonra nəticəni paylaşmaq, hətta sertifikatın özünə belə baxmaq mümkün olmur.
# Duolingo English Test imtahanına girəcəklər üçün Hesabla.com olaraq bizim tövsiyələrimiz
Ümumiyyətlə dil imtahanlarında, sizin hərtərəfli şəkildə dil biliyiniz ölçüldüyü üçün sadəcə qrammatik biliyləriniz burada kifayət etmir. Xüsusile Duolingo-da imtahan tipi adaptiv olduğu üçün ümumi ingilis dili bacarığlarınızı inkişaf etdirməlisiniz.
Belə ki, sizin əgər "Reading" ilə bağlı probleminiz mövcuddursa, Qısa mətnləri tez oxuyub əsas fikri tapmağa məşq edin. Sizin əgər "Writing" ilə bağlı probleminiz mövcuddursa, şəkil təsviri və qısa esse tipli cavablar yazaraq məşq edin. Sizin əgər "Listening" ilə bağlı probleminiz mövcuddursa, müxtəlif aksentlərdə qısa audio və dialoqlar dinləyərək məşqlər edin. Probleminiz "Speaking" ilə bağlıdırsa, qısa, aydın, səlis və struktura uyğun cavablar vermək üçün məşq edin. Eynile imtahanın formatına uyğun sınaqlar işləməniz sizin imtahandaki nəticəniz üçün yaxşı mənada təsir edəbilər.
Hesabla.com sizlərə imtahanınızda uğurlar arzu edir!
Duolingo English Test nədir? DET balı necə hesablanır və universitetlər Duolingo nəticələrini necə qiymətləndirir?
Maraqlı Məqalələr
TOEFL nədir? Yeni sistemdə TOEFL balı necə hesablanır? Universitetlər TOEFL ballarına necə yanaşırlar?
Xaricdə təhsil almaq istəyənlər üçün ən populyar imtahanlardan biri olan TOEFL, xaricdə təhsil almaq, beynəlxalq universitetlərə müraciət etmək və ya ingilis dili biliklərini sübut etmək üçün ən məşhur imtahanlardan biridir...
IELTS nədir? IELTS Band Balı necə hesablanır? Universitetlər IELTS ballarını necə yanaşırlar?
IELTS və ya Internatıonal English Language Testing System, Xaricdə təhsil almaq, beynəlxalq şirkətlərdə işləmək istəyənlər üçün hətta miqrasiya proqramlarına müraciət etmək istəyənlər üçündə ingilis dili biliyini sübut edən imtahandır. Buna görə də, dünyada ən çox tanınan imtahanlardan biri elə IELTS imtahanıdır...
ATS Sistemi nədir? ATS Skoru necə hesablanır?
ATS (Ərizəçi İzləmə Sistemi) ərizənizin şirkətin insan resursları üzrə məsul şəxs tərəfindən baxılıb-baxılmamasında həlledici amil ola bilər. Araşdırmalar göstərir ki, uyğun namizədlərin 75%-i lazımsız məlumatlar və ya oxunmayan mətnlər səbəbindən ATS proqram təminatı tərəfindən rədd edilir. İnkişafların gündəlik həyatımızı formalaşdırdığı bugünkü rəqəmsal və müasir dünyada bu inkişaflar işə qəbul üçün hazırladığınız CV-yə də təsir göstərir...