Təhsil

TOEFL nədir? Yeni sistemdə TOEFL balı necə hesablanır? Universitetlər TOEFL ballarına necə yanaşırlar?

📅 04.07.2026
⏱️ 6 dəqiqəlik oxu
👁 6 baxış
TOEFL nədir? Yeni sistemdə TOEFL balı necə hesablanır? Universitetlər TOEFL ballarına necə yanaşırlar?

Xaricdə təhsil almaq arzusunda olanların çox eşitdiyi imtahanlardan olan TOEFL, yəni "Test of English as a Foreign Language", xaricdə təhsil almaq, beynelxalq universitetlərə müraciət etmək və ya ingilis dili biliyini sübut etmək üçün ən çox tanınan imtahanlardan biridir.

Bu imtahan yalnız dil biliyini yoxlamır eyni zamanda tələbənin akademik mühitdə oxuma, dinləmə, danışma və yazma bacarıqlarını necə istifade etdiyini dəyərləndirir. Həttə IELTS ilə müqayisədə TOEFL imtahanının daha məqsəd yönlü olduqunu ancaq eyni zamanda daha çətin olduqunuda deyəbilərik.

Hesabla.com olaraq bu məqalədə TOEFL imtahanının nə olduğunu, TOEFL iBT bölmələrini, TOEFL balının necə hesablandığını, universitetlərin TOEFL nəticələrinə necə yanaşdığını ətraflı izah edəcəyik.

# TOEFL nədir?

TOEFL — Test of English as a Foreign Language ifadəsinin qısaltmasıdır. Ana dili ingilis dili olmayan şəxslərin ingilis dili bacarıqlarını ölçmək üçün hazırlanmış beynəlxalq imtahandır. Xüsusilə akademik ingilis dili bacarıqlarını qiymətləndirir. Sadə dillə desək, TOEFL sizin ingilis dilindən akademik mühitdə necə istifadə etdiyinizi ölçən imtahandır.

# TOEFL kimlər üçün lazımdır?

TOEFL xüsusilə ABŞ, Kanada və bir çox beynəlxalq universitetlərdə geniş istifadə olunur. Buna baxmayaraq, TOEFL teqaüd proqramları, mübadilə proqramları və digər ingilis dili biliyinizi sübut etməyiniz lazım olan proqramlardada tələb olunəbilir.

Hesabla.com olaraq bizim tövsiyəmiz hazırlaşmaqa başlamadan əvvəl məqsədinizi seçməyiniz və bu məqsədinizə uyğun plan cızaraq hazırlaşmaqınızdır.

# TOEFL iBT nədir?

TOEFL iBT — TOEFL Internet-Based Test mənasına gəlir.  Bu imtahan kompüter üzərindən keçirilir və tələbənin dörd əsas akademik ingilis dili bacarığını ölçür: Reading, Listening, Speaking, Writing

Bu imtahan əsasən akademik mühitə yaxın situasiyalar üzərində qurulur. Yəni bu imtahanda namizəd akademik mətn oxuya, mühazirə dinləyə, fikrini şifahi ifadə edə və yazılı cavab hazırlaya bilər.

Bu imtahana iki fərqli şəkildə qoşula bilərsiz, test center-də kompüter vasitəsilə, əsasən bu format internet problemi yaşayanlar və ya hərhansısa problemin yaşanmasından ehtiyat edenler üçün doğru seçimdir, və ya TOEFL iBT Home Edition formatı sayəsində evdən qoşulabilərsiniz.

# TOEFL Reading

TOEFL Reading bölməsi namizədin ingilis dilində mətnləri oxuma və anlama bacarığını ölçür. Bu bölmədə “Complete the Words”, “Read in Daily Life” və “Read an Academic Passage” kimi tapşırıq tipləri yer alır. Bu mərhələdə sizə 50 sual verilir və sizdən bu 50 sualı 30 dəqiqə içində cavablamanız tələb olur.

Beləcə namizədin Əsas fikri anlamaq(mətnin ümumi ideyasını başa düşmək), Detalları tapmaq(Mətn daxilində konkret məlumatları müəyyən etmək), Akademik sözləri anlamaq(Kontekstə uyğun söz mənasını başa düşmək), Məntiqi əlaqəni görmək(Fikirlər arasında əlaqəni izləmək), Nəticə çıxarmaq(Mətnə əsasən dolayı mənanı anlamaq) kimi bacarıqları ölçülür.

Bu bölmədə uğurlu olmaq istəyirsizsə, hesabla.com olaraq tövsiyəmiz, söz ehtiyatının yanında eyni zamanda çoxlu akademik mətnlər oxuyun.



# TOEFL Listening


TOEFL Listening bölməsi namizədin ingilis dilində danışığı anlama bacarığını ölçür. Bu bölmədə namizəd söhbətlər, elanlar, akademik mühazirələr və digər audio materialları dinləyir və qarşısında olan kağızdaki 47 sualı 29 dəqiqədə cavablandırmaqa çalışır.

Bu bölmədə namizədin qarşısında “Listen and Choose a Response”, “Listen to a Conversation”, “Listen to an Announcement” və “Listen to an Academic Talk” kimi tapşırıqlar var.

Bu bölmə namizədin dinlədiyi materiallardaki əsas fikri anlayır mı? detalları seçəbilir mi? Danışıqın məqsədini başa düşürmü? Akademik mühazirələri dinləyərkən anlayır mı? Dinlənilən məlumata uyğun cavab verəbilir mi? suallarına cavab olur.



# TOEFL Speaking

TOEFL Speaking bölməsi namizədin ingilis dilində fikrini şifahi şəkildə ifadə etmə bacarığını ölçür. IELTS-dən fərqli olaraq, TOEFL Speaking adətən kompüter vasitəsilə aparılır və cavablar sistemə yazılır. Bu hissədə 11 sual və bu 11 suala qarşılıq namizədin sadəcə 8 dəqiqəsi olur.

Bu bölmədə adətən “Listen and Repeat” və “Take an Interview” kimi tapşırıq tipləri göstərilir. Bu tapşırıqlar ilə birliktə əsas məqsəd namizədin aydın danışabilir mi? səlis cavab verəbilir mi? təlləffüzü aydın eşidilir mi? qrammatik problemleri mövcuddur mu? sualı düzgün başa düşüb, mentiqli cavab verir mi? kimi sualların cavabını tapmaq.

Sadə dillə desək buradaki əsas məqsəd mükəmməl aksentlə danışmaq deyil. Əsas məqsəd fikri aydın, məntiqli və akademik kontekstə uyğun formada ifadə etməkdir.



# TOEFL writing

TOEFL Writing bölməsi namizədin ingilis dilində yazılı olaraq ifadə etmə bacarığını ölçür. Bu bölmədə namizəd cümlə qurmaq, email yazmaq və akademik müzakirəyə cavab vermək kimi tapşırıqlara cavab verir. Bu bölmədə əsasən "Build a Sentence", "Write an Email" və  "Write for an Academic Discussion" kimi tələblərə cavab verir. Namizəd 23 ədəd bu tipdə sualı 12 dəqiqə ərzində cavablandırmalıdır.

Buradaki əsas məqsəd namizəd fikrini yazılı ifadə edəbilir mi? cümlələri və fikirləri düzgün əlaqələndirəbilir mi? Söz ehtiyatı hansı səviyyədədir? Qrammatik bilikləri nə yerdədir? Tələb edilən suallara tələb edilən formatda cavab verəbilir mi? kimi suallara cavab tapmaqdır.



# TOEFL imtahanında bal sistemi

TOEFL iBT uzun müddət 0–120 ballıq sistemi ilə tanınıb. Bu sistemdə hər bölmə 0–30 aralığında qiymətləndirilirdi və dörd bölmənin nəticəsi toplanaraq 0–120 aralıqında bal əldə edilirdi.

Ancaq, 21 Yanvar 2026-cı ildən bu sistem dəyişti. Artıq, TOEFL iBT-dən əldə edəcəyiniz bal 1-6 aralıqında olacaq. ETS-in rəsmi məlumatına görə, yeni sistemdə namizəd dörd bölmə üzrədə 1-6 arasında bal əldə edir və daha sonra bu balların ortalaması alınır.

TOEFL Ümumi Bal = (Reading + Listening + Speaking + Writing) / 4

Daha sonra nəticə ən yaxın yarım bala yuvarlaqlaşdırılır. ETS-in rəsmi nümunəsinə görə, əgər section score-ların ortalaması 5.25 olarsa, overall score 5.5 kimi göstərilir.

# TOEFL Bal Sistemi ilə bağlı nümunə

- Reading: 5.0
- Listening: 5.5
- Speaking: 4.5
- Writing: 5.0

TOEFL Ümumi Bal = (5.0 + 5.5 + 4.5 + 5.0) / 4
TOEFL Ümumi Bal = 20.0 / 4
TOEFL Ümumi Bal = 5.0

# Universitetler TOEFL balına necə yanaşır

Universitetlər TOEFL nəticəsini adətən “keçdi” və ya “kəsildi” olaraq dəyərlandirmək yerinə, keçid balı ilə bağlı tələbləri ödəyir mi? əsasında qiymətləndirirlər. Yəni tələbə universitetin tələb etdiyi minimum balı və section score tələblərini ödəməlidir.

ETS-in məlumatına görə, bu sistem yeni tətbiq edilməyə başladıqı üçün namizədlərə daha rahat olsun deyə həm 0-120 həm də 1-6 şəklində nəticələrini göstərəbiləcəklərini dedilər. Namizədlər bu hissədə 0-120 bal arasında nəticə əldə etmək üçün təkrardan imtahana girməli olduqlarını düşünsələr də, bu belə deyil. ETS hal hazırda namizədlərə hər iki bal sistemindədə balı təqdim edir ki, namizədlər hər hansı bir narahatçılıq yaşamasın.

# TOEFL Calculator

TOEFL Calculator, tələbənin section score-larına əsasən ümumi balı hesablamağa kömək edən alətdir. Yeni 1–6 scale-də bu calculator Reading, Listening, Speaking və Writing score-larını toplayır, 4-ə bölür və nəticəni TOEFL-in yuvarlaqlaşdırma qaydasına uyğun göstərir.

Məsələn, tələbə Reading 5.0, Listening 5.5, Speaking 4.5 və Writing 4.5 nəticəsi alıbsa, calculator nəticəni belə hesablayır:

TOEFL Ümumi Bal = 5.0 + 5.5 + 4.5 + 4.5 = 19.5
TOEFL Ümumi Bal = 19.5 / 4 = 4.875

Bu nəticə ən yaxın yarım bal-a yuvarlaqlaşdırılaraq təxminən 5.0 overall kimi göstərilə bilər. Yəni,

TOEFL Ümumi Bal = 5.0

# TOEFL imtahanına hazırlaşanlar üçün Hesabla.com olaraq tövsiyələrimiz

TOEFL nəticəsini artırmaq üçün yalnız ingilis dili biliyini artırmaq kifayət deyil. Eyni zamanda test formatını, sual tiplərini və vaxt idarəetməsini yaxşı bilmək lazımdır. Məsələn,

Sizin probleminiz "Reading" bölməsindədirsə, Akademik mətnləri tez oxumağa və əsas fikri tapmaq ilə bağlı məşq edin.

Sizin probleminiz "Listening" bölməsindədirsə, Mühazirə və TOEFL üçün müəyyanləşdirilmiş audio materiallarını dinləyin.

Sizin probleminiz "Speaking" bölməsindədirsə, Qısa, aydın və strukturlaşdırılmış cavablar verməyə çalışın.

Sizin probleminiz "Writing" bölməsindədirsə, Çoxlu esse yazaraq fikrinizi məntiqli ardıcıllıqla və aydın şəkildə yazmaq üçün çalışın.

TOEFL-də hər bölmə Ümumi əldə edilen bal-a təsir etdiyi üçün balanslı hazırlıq çox vacibdir. Məsələn, Reading və Listening yaxşı olsa da, Speaking və Writing zəifdirsə, ümumi nəticə istənilən səviyyəyə çatmaya bilər.

Bu səhvlərdən qaçmaq sizin TOEFL hazırlığınızı daha effektiv edir və universitet müraciəti zamanı riskləri azaldır.

IELTS nədir? IELTS Band Balı necə hesablanır? Universitetlər IELTS ballarını necə yanaşırlar?
Təhsil

IELTS nədir? IELTS Band Balı necə hesablanır? Universitetlər IELTS ballarını necə yanaşırlar?

IELTS və ya Internatıonal English Language Testing System, Xaricdə təhsil almaq, beynəlxalq şirkətlərdə işləmək istəyənlər üçün hətta miqrasiya proqramlarına müraciət etmək istəyənlər üçündə ingilis dili biliyini sübut edən imtahandır. Buna görə də, dünyada ən çox tanınan imtahanlardan biri elə IELTS imtahanıdır...

ATS Sistemi nədir? ATS Skoru necə hesablanır?
Təhsil

ATS Sistemi nədir? ATS Skoru necə hesablanır?

ATS (Ərizəçi İzləmə Sistemi) ərizənizin şirkətin insan resursları üzrə məsul şəxs tərəfindən baxılıb-baxılmamasında həlledici amil ola bilər. Araşdırmalar göstərir ki, uyğun namizədlərin 75%-i lazımsız məlumatlar və ya oxunmayan mətnlər səbəbindən ATS proqram təminatı tərəfindən rədd edilir. İnkişafların gündəlik həyatımızı formalaşdırdığı bugünkü rəqəmsal və müasir dünyada bu inkişaflar işə qəbul üçün hazırladığınız CV-yə də təsir göstərir...

ÜOMG nədir və ÜOMG necə hesablanır: Tələbələr üçün tam izah!
Təhsil

ÜOMG nədir və ÜOMG necə hesablanır: Tələbələr üçün tam izah!

Ümumi orta müvəffəqiyyət göstəricisi və ya ÜOMG, Tələbələrin akademik həyatlarında təhsillərinə sərf etdikleri səyi görmək və tələbələrin akademik göstəricilərini düzgün başa düşmək üçün istifade edilir. Belə də deyəbilərik, ÜOMG tələbənin dərslərində nə qədər uğur göstərdiyini ifade edən akademik ortalamadır...

← Məqalələrə Qayıt