IELTS və ya Internatıonal English Language Testing System, Xaricdə təhsil almaq, beynəlxalq şirkətlərdə işləmək istəyənlər üçün hətta miqrasiya proqramlarına müraciət etmək istəyənlər üçündə ingilis dili biliyini sübut edən imtahandır. Buna görə də, dünyada ən çox tanınan imtahanlardan biri elə IELTS imtahanıdır.
IELTS imtahanı sade bir ingilis dili testi deyil, tam əksinə həmin namizədin ingilis dilində dinləmə, oxuma, yazma və danışıq bacarıqlarını ayrı-ayrı ölçən və nəticəni 0-dan 9-a qədər olan sistem ilə görsədən bir imtahandır.
Hesabla.com olaraq bu məqalədə, IELTS-in nə olduğunu, IELTS Academic və General Training arasındaki fərqləri, IELTS Band Score-un nece hesablandığını və universitetlərin IELTS nəticələrinə necə yanaşdığını ətraflı izah edəcəyik.
# IELTS nədir?
IELTS, International English Language Testing System deməkdir. Yəni, Beynelxalq İngilis Dili Qiymətləndirmə Sistemi. Bu imtahan, ana dili ingilis dili olmayan şəxslər üçün nəzərdə tutulub, sizlər bu imtahanda ingilis dili biliyinizi ətraflı şəkildə ölçəbilərsiz. Çünki, bu imtahan beynelxalq standartlara uyğun şəkildə hazırlanmış və sizin hər bir ingilis dili bacarıqınıza ayrı-ayrı fokuslanaraq hansı səviyyədə olduğunuzu göstərir.
IELTS British Council, IDP IELTS və Cambridge University Press & Assesment tərəfindən təşkil olunur. Yəni test bu üç qurumun birgə səhibi olduğu beynəlxalq ingilis dili imtahanıdır.
# IELTS kimlər üçün lazımdır?
IELTS namizədlərə müxtəlif səbəblər üçün lazım olabilər. Məsələn, Xaricdə bakalavr təhsili almaq istəyən namizədlər üçün IELTS Academic, Miqrasiya müraciətləri və İş Müraciətləri üçün IELTS General Training lazım olur.
Gördüyünüz kimi, hər qurumun fərqli bir tələbi vər. Siz xaricdə təhsil almaq istəyirsinizsə sizdən IELTS Academic tələb ediləbilər ancaq iş üçün müraciət edirsinizsə o halda IELTS General Training lazımdır.
# IELTS Academic və General Training Fərqi nələrdir?
IELTS imtahanında əsas iki imtahan var: IELTS Academic və IELTS General Training.
IELTS Academic, adındanda başa düşdüyümüz kimi daha çox akademik məqsədlər üçün lazımdır. Bunlara xaricdə universitetə qəbul olmaq, magistratura və doktorantura proqramlarına müraciət etmək kimi daha akademik yönlü məqsədlər aitdir.
IELTS General Training, bu imtahan tipi isə daha çox gündəlik həyat, iş və miqrasiya kimi məqsədlər üçün tələb olunur. Bu imtahan tipinde siz akademik mətnlər yerinə imtahanın məqsədinə daha yaxın olan gündəlik həyat, iş mühiti və sosial vəziyyətlərlə bağlı suallar ilə qarşılaşacaqsız.
# IELTS for UKVI nədir?
IELTS for UKVI, əslində adından da təxmin edəbiləcəyiniz kimi UK məqsədli olan namizədlər üçün nəzərdə tutulub. IELTS testinə oxşardır, ancaq burada bir fərq var oda UK Visa və Immigration müraciətləri üçün xüsusi təhlükəsizlik tələblərinə uyğun keçirilməsidir. Belə ki, əgər siz Ingiltərəyə təhsil, iş və ya miqrasiya məqsədilə müraciət edirsizsə, standart IELTS nəticəsi sizlər üçün yetərli deyil. Hətta burada Test Mərkəzidə fərqlənəbilir, bəzi UK Visa müraciətlərinda yalnız və yalnız UKVI-approved test centre-də verilmiş IELTS for UKVI nəticəsi qəbul edilir.
# IELTS imtahanı neçə bölmədən ibarətdir?
IELTS imtahanına müraciət edəcəksinizsə, bilməli olduğunuz məqamlərdən bir digəridə bu imtahanın dörd bölmədən ibarət olduğudur. Bunlar Listening, Reading, Writing və Speakingdir.
# IELTS Listening
IELTS Listening bölməsi namizədin ingilis dilinde dinləmə bəcərğını ölçür. Bu hissədə onlar üçün müxtəlif dinləmə materialları açılır. Məsələn, bir neçə şəxsin arasında danışdığı dialoqu dinləyirlər və daha sonra onlara verilən kağızdaki imtahan suallarını cavablayırlar. Bu bölmədə 40 sual olur və hər düzgün cavabı 1 xal olaraq düşünəbilərik. Bu sual növlərinə aşağıdakilər daxildir:
- Multiple Choice, bir neçə variant sizə təqdim olunur və siz bunlardan doğru olanı seçməlisiniz.
- Matching, sizlərə bir neçə məlumat təqdim edilir və siz bunlar arasından doğru məlumatları uyğunlaşdırmalısınız.
- Form Completion, boş yerleri doldurmaq.
- Map/Diagram Labelling, Xəritə və ya Diaqram üzərində məlumatları qeyd etmək.
- Short Answer, qısaca verilən suala cavab yazmaq.
IELTS Listening bölməsi ilə bağlı sualları cavabladıqdan sonra sizin balınız ilkin mərhələdə 40 üzərindən dəyərləndirilir və daha sonra IELTS standartlarına uyğun şəkilde 9.0 ballıq sistemə çevrilir.
Bu bölmədə namizədlər əsasən sözləri eşitməkdə onları anlamaqda çətinlik çəkəcəklərini düşünsələrdə, buradaki əsas problemlerden biri bu deyil. Çünki, sadəcə sözləri anlamaq yetərli deyil, eyni zamanda danışığın məzmununu və detallarınıda düzgün başa düşmək lazımdır.
# IELTS Reading
IELTS Reading bölməsi namizədin yazılı mətnləri nə qədər başa düşəbildiyini ölçür. Bu bölmədə onlar 60 dəqiqəlik imtahana girir və 40 sualdan ibarət test ilə qarşılaşırlar. Bu hissədə onları akademik və yarı-akademik mətnlər qarşılayır. Ancaq, siz əgər IELTS General Training imtahanına daxil olmusunuzsa, sizi bu bölmədə daha çox gündəlik həyat, iş yeri və ümumi sosial vəziyyətlər ilə bağlı mətnlər qarşılayır.
Bu bölmədə əsasən sizlərdən əsas fikri tapmaq, detalları anlamaq, müəllifin mövqeyini müəyyən etmək, nəticə çıxarmaq və mətn daxilindəki konret məlumatları tapmaqınız tələb olunur. Siz bu bölmədə bu tərz suallar ilə qarşılaşabilərsiniz,
- True/False/Not Given, Mətn ilə məlumatın uyğunluğunu yoxla.
- Matching headings, Paraqraf üçün uyğun başlıq seç.
- Sentence Completion, Cümləni mətnə əsasən tamamla.
- Summary Completion, Qısa xülasədəki boşluqları doldur.
- Multiple Choice, bir neçə variant arasından doğru variantı seç.
Bu bölmədə sizlərə eyni zamanda ciddi vəxt idərəetmə bacarıqı lazımdır. Çünki 60 dəqiqə ərzində siz həm mətni oxumalı, həm də qarşınızdaki 40 suala cəvab verməlisiniz. Buna görə də, bizim sizlərə tövsiyəmiz, ən azından imtahana 2 ay qaldıqda, sanki imtahandaymış kimi özünüzə vaxt qoyub timer vasitəsi ilə sınaqlar işləyin.
# IELTS Writing
IELTS Writing bölməsindədə sizləri Reading ilə eyni olaraq 60 dəqiqəliq vaxt qarşılayır, ancaq bu bölmədə sizlər mətn işləmək yerinə iki tapşırıqdan ibarət writing sualları ilə qarşılaşırsınız. Reading bölməsində olduqu kimi eynilə buradada General Training və Academic namizədlərinə fərqli tələblər verilir.
IELTS Academic Writing Task 1, Namizəd qrafik, cədvəl, xəritə, proses diaqramı kimi vizual məlumatları öz sözləri ilə izah etməlidir. Bu Task-ın əsas məqsədi məlumatı düzgün seçmək və müqayisə etməkdir.
IELTS Academic Writing Task 2, Mamizəd müəyyənləşdirilmiş bir mövzuya uyğun esse yazır. Mövzular əsasən fikir bildirmə, hər hansı bir problemin həlli, müzakirə və ya X mövzusu ilə bağlı pozitif və ya mənfi cəhətlər olabilər.
IELTS General Training Writing Task 1, Namizəd gündəlik həyata uyğun esse yazır. Bu esse əsasən məktub formatında olmalı. Ancaq, məktub formatında olan bu essenin formal olması kimi bir məcburiyyət yoxdur, eyni zamanda semi-formal və ya informal da olabilər.
IELTS General Training Writing Task 2, burada elebir fərqlilik yoxdur, yenə task 1 də olduqu kimi esse yazacaqsınız ancaq bu task-ın digəri ilə ən əsas fərqliliyi odur ki, bu daha çox önəmə sahiptir. Ona görə də, bizim sizə tövsüyəmiz bu task-a xüsusi ilə vaxt ayırın.
Writing bölməsini yazarkən namizədlərin ağlında qalan suallardan biri, qrammatik səhvlər olmadan və məntiqi ardıcıllıqı gözləyərək səlis və aydın şəkildə yazsaq belə bu imtahanı yenə də aşağı qiymət alabilərik mi olur? əslində bu sualın cavabına biz bəli deyəbilərik. Çünki, sizin esseniz sadəcə bu əsaslarda ölçülmür eyni zamanda yazdıqınız esselerdee Tapşırığı nə qədər düzgün cavablandırıldığı, yazının strukturu və fikirlərin əlaqəsi, söz ehtiyatı və qrammatik düzgünlük kimi əsaslarda dəyərləndirilir.
# IELTS Speaking
IELTS speaking bölməsi əsasən 11 ilə 14 dəqiqə arasında olur. Bu hissə əsasən müsahibə kimi üzbeüz danışıq əsasında təşkil olunur. Sizi bu bölmədə üç fərqli hissə qarşılayır,
Birinci hissədə siz özünüz, ailəniz, təhsiliniz, işiniz, yaşadığınız yer, gündəlik vərdişlər və şəxsi maraqlarınız ilə bağlı danışırsız.
Ikinci hissədə isə sizlərə mövzuların olduqu kartlar təqdim olunur və həmin mövzulara hazırlaşmağınız üçün sizlərə çox az vaxt verirler.
Üçüncü hissədə isə ikinci hissədə sizin danışdığınız mövzu ilə əlaqəli daha geniş, daha ətraflı və daha analitik suallar verilir. Buradaki məqsəd namizədin fikrini daha aydın izah etməsi, əsaslandırması və daha mürəkkəb mövzular ilə bağlı nə qədər danışığ qabiliyətinə sahibdi yoxlamaq.
Bu bölməni dəyərləndirərkən daha çox diqqət edilən əsaslar fikirlərin əlaqəsi, söz ehtiyatı, qrammatik düzgünlük və tələffüzün aydınlığıdır. Tələffüzün aydınlığı deyərkən əsas məqsədiniz mükəmməl aksentə malik olmaq olduğunu düşünəbilərsiz, ancaq bu ele deyil. Buradaki məqsəd fikri aydın, məntiqli və başa düşülən formada izah etməkdir.
# IELTS Band Score nədir?
IELTS imtahanında hər namizədi 0-dan 9-a qədər olan bəl sistəmində qiymətləndirirlər. Namizədin nəticəsi həm Ümumi olaraq, həm də dörd bölmə üzrə də ayrıca olaraq göstərilir. Yaxşı bəs, hansı bal hansı mənaya gəlir?
- 9.0 -> Expert User -> C2
- 8.5 -> Very Good User -> C2
- 8.0 -> Very Good User -> C1
- 7.5 -> Good User -> C1
- 7.0 -> Good User -> C1
- 6.5 -> Competent User -> B2
- 6.0 -> Competent User -> B2
- 5.5 -> Modest User -> B2
- 5.0 -> Modest User -> B1
- 4.5 -> Limited User -> B1
- 4.0 -> Limited User -> B1
- 3.5 -> Extremely Limited User -> A2
- 3.0 -> Extremely Limitred User -> A1
- 2.5 -> Intermittent User -> A0
- 2.0 -> Intermittent User -> A0
- 1.5 -> Non-User -> A0
- 1.0 -> Non-User -> A0
- 0.0 -> Testə qatılmayıb və ya cavab yoxdur -> A0
# IELTS Band Score necə hesablanır?
IELTS ilə bağlı ümumi hansı bal a malik olduğunuz öyrənmək istəyirsinizsə, o halda dörd bölmədən aldığınız nəticələri toplayır daha sonra isə dördə bölərək, dörd bölmənin orta nəticəsini yəni ümumi balı əldə edirik. Məsələn,
- Listening -> 6.5
- Reading -> 6.5
- Writing -> 5.0
- Speaking -> 7.0
Önce toplayırıq: 6.5 + 6.5 + 5.0 + 7.0 = 25.0
Daha sonra isə dörd rəqəminə bölürük: 25.0 / 4 = 6.25
Alınan rəqəmi yuvarlaqlaşdırdıqdan sonra nəticəmiz : 6.5
# IELTS Band Score Calculator nədir və necə işləyir?
Daha əvvəlki yazılarımızda saytımızın ən gözəl xüsusiyyətlərindən biri olan müxtəlif kalkulyatorları vurğulamışdıq, necə ki sizlərin ÜOMG hesablama kimi bir kalkulyatorunuz varsa eynilə bizlər Hesabla.com olaraq çalışırıq ki, sizlərə bu tərz hesaplamaları ən asan şəkildə edək. Elə buna görə də, saytımızda eynilə digər kalkulyatorlarda olduqu kimi IELTS Band Score Calculator da var, siz bu Calculator vasitəsilə həm hər fənn üçün xüsusi olaraq neçə düzgün cavaba hansı balı olaraq görəbilirsiniz, həm də ümumi nəticənizi dörd bölmə üzrədə hesablayabilirsiniz.
# IELTS nəticəsinin etibarlılıq müddəti
IELTS namizədlərini maraqlandıran bir digər sualda, etibarlılıq müddəti ilə bağlı olur. Bir çox imtahanın əksinə IELTS nəticəsinin etibarlılıq müddəti iki il olaraq müəyyənləşdirilib. Belə ki, bir çox abituryent hətta tələbə xaricdə təhsil zamanı, bölgünü düzgün etmək üçün IELTs imtahanlarına daha tez daxil olurlar ki digər işlərə daha çox vaxt ayırabilsinlər və ya sadəcə həmin il qəbul olduqları universitet onları qanə etmir deyə tekrardan imtahana daxil olmaq yerine bir il daha gözləyib ikinci il təkrardan şanslarını sınayırlar. Ancaq, bəzən namizədlər iki il keçsə belə dil biliylərini inkişaf etdirdiklərini sübut etdirmək üçün LinkedIN kimi platformalarda etibarlılıq müddəti bitsə belə aktiv şəkildə profillərində həmin test nəticəsini saxlayırlar.
# IELTS imtahan tarixləri necə seçilir?
IELTS imtahan tarixi üçün Hesabla.com saytı olaraq sizlərə dəqiq bir vaxt deməyimiz mümkün deyil. Çünki, bu tarixler ölkədən ölkəyə, şəhərdən şəhərə, hətta test mərkəzindən test mərkəzinə görədə deyişə bilər. Beleki siz Computer-Delivered IELTS istəyirsinizsə, bu imtahan tipi tez-tez keçirilir və daha sürətli nəticə əldə edəbilirsiniz. Yox əgər, Paper-Based IELTS tələb edirsinizsə bu imtahan tipi test mərkəzindən asılı olaraq müəyyən tarixlərdə təşkil olunur.
Daha dəqiq məlumət əldə etmək istəyirsinizsə mütləq British Council'ın veb saytına daxil olabilərsiniz.
# IELTS Score-u artırmaq üçün Hesabla.com olaraq bizim məsləhətlərimiz
IELTS nəticənizi artırmaq istəyirsinizsə mütləq ki, hər bölmə üzrə zəif tərəfləriniz müəyyən etməlisiniz. Sizin əgər Listening ilə bəğlı probleminiz varsa, müxtəlif aksentlerdə audio dinləyin. Sizin əgər Reading ilə bağlı probleminiz varsa, ingilis dilinde kitaplar oxuyub, kitab ilə bağlı diskusiyalar edin. Sizin əgər writing ilə bağlı probleminiz varsa, Esse strukturu, topic sentence və linking words bacarıqları üzərində çalışın. Sizin əgər speaking ilə bağlı probleminiz varsa, speaking mövzuları ilə bağlı hamı tərəfindən əzbərlənən eyni cümlələr yerinə siz öz sözləriniz ilə fikirlərinizi təbii şəkilde ifadə etməyə çalışın.
Sadəcə sizin bacarıqlarınız üzərində işləməniz kifayət etmir, eyni zamanda namizədlərin bir digər problemide ümumi nəticəyə fokuslanmaq olur, ele ona görə də biz yazımızın əvvəlində sizin hər bir bacarıqa xüsusi ilə vaxt ayırmağınızın lazım olduğunu və zəif tərəflərinizi müəyyən etməli olduqunuzu vurğuladıq.
Bu səhvlər hər zaman imtahan daxili olmur, eyni zamanda academic və general training arasındaki fərqi bilməyərək özünə uyğun test tipində hazırlaşamamaq, UK üçün sənəd göndərəcək namizədlərin IELTS for UKVI imtahanı yerine digər imtahanlara yönəlməsi, İmtahan tarixini gec seçmək kimi problemleri görmək olur. Çalışın bu səhvləri etməyin.
Hesabla.com kamandası sizlərə İmtahanda uğurlar arzu edir!
IELTS nədir? IELTS Band Balı necə hesablanır? Universitetlər IELTS ballarını necə yanaşırlar?
Maraqlı Məqalələr
ATS Sistemi nədir? ATS Skoru necə hesablanır?
ATS (Ərizəçi İzləmə Sistemi) ərizənizin şirkətin insan resursları üzrə məsul şəxs tərəfindən baxılıb-baxılmamasında həlledici amil ola bilər. Araşdırmalar göstərir ki, uyğun namizədlərin 75%-i lazımsız məlumatlar və ya oxunmayan mətnlər səbəbindən ATS proqram təminatı tərəfindən rədd edilir. İnkişafların gündəlik həyatımızı formalaşdırdığı bugünkü rəqəmsal və müasir dünyada bu inkişaflar işə qəbul üçün hazırladığınız CV-yə də təsir göstərir...
ÜOMG nədir və ÜOMG necə hesablanır: Tələbələr üçün tam izah!
Ümumi orta müvəffəqiyyət göstəricisi və ya ÜOMG, Tələbələrin akademik həyatlarında təhsillərinə sərf etdikleri səyi görmək və tələbələrin akademik göstəricilərini düzgün başa düşmək üçün istifade edilir. Belə də deyəbilərik, ÜOMG tələbənin dərslərində nə qədər uğur göstərdiyini ifade edən akademik ortalamadır...