Education

ÜOMG nədir və ÜOMG necə hesablanır: Tələbələr üçün tam izah!

📅 02.07.2026
⏱️ 4 dəqiqəlik oxu
👁 3 baxış
ÜOMG nədir və ÜOMG necə hesablanır: Tələbələr üçün tam izah!

Ümumi orta müvəffəqiyyət göstəricisi və ya ÜOMG, Tələbələrin akademik həyatlarında təhsillərinə sərf etdikleri səyi görmək və tələbələrin akademik göstəricilərini düzgün başa düşmək üçün istifade edilir. Belə də deyəbilərik, ÜOMG tələbənin dərslərində nə qədər uğur göstərdiyini ifade edən akademik ortalamadır.

Tələbələr adətən ÜOMG hesablayarken, fənlərdən hansı qiymətləri alıblarsa onlara fokuslanırlar ancaq bu yanlış yaxınlaşmadır. Akademik ortalamanı hesablamaq istəyərkən bizə sadəcə qiymət kifayət etmir. Burada eyni zamanda fənnir kreditidə çox önəmlidir. Çünki 6 Kreditə malik bir fənnin ortalamaya təsiri 2 kredite malik fəndən daha çoxdur.

Təqaüd, magistratura, doktorantura, xaricdə təhsil, mübadilə programları hətta bəzən iş müraciətlərində belə ÜOMG tələbə olunabilir. Buna görə də tələbələrin ÜOMG nin nece hesablandıqını öyrenib, bunun esasında planlar qurmaqı onlar üçün daha yaxşıdır. Hesabla.com olaraq bu məqalədə, ÜOMG anlayışını, 100 ballıq sistemdə ÜOMG hesablanmasını, 4.0 ÜOMG sistemini, nümunə hesablamaları və ÜOMG artırmaq üçün nələr edəbiləcəyinizi izah edecəyik.

# ÜOMG nədir?

ÜOMG "ümumi orta müvəffəqiyyət göstəricisi" mənasına gəlir. Bu göstərici tələbənin dərslərinə necə yanaşdığını və nə qədər uğur göstərdiyini göstərir. ÜOMG üçün yalnız bir fəndən alınan qiymət kifayət etmir. Bu sistemde, tələbənin bütün fənləri, həmin fənlərdən aldığı qiymət və fənlərin kredit sayı nəzərə alınır. Buna görə də, ÜOMG tələbənin akademik həyatına qarşı necə bir baxış tərzi olduqunu daha balanslı və ədalətli şəkildə göstərir.

Azərbaycanda yerləşən bir çox universitətdə əsasən qiymətləndirme 100 ballıq sistem ilə ölçülür. Bu sistem ilə birliktə, tələbənin fənn üzrə nəticəsini daha dəqiq müşahidə etmək olur. Məsələn, 92 bal və 97 bal toplayan iki tələbəni yaxşı nəticə göstərmiş kategoriyasına əlavə edəbilərik, ancaq 100 ballıq sistem ile ölçdükdə hər ikisi arasındaki fərqi daha dəqiq ölçəbilərik.

# GPA nədir?

GPA "Grade Point Average" mənasına gəlir. Azərbaycan dilində biz bunu "orta qiymət göstəricisi" olaraq tərcümə etsək də, biz bunu ÜOMG kimi başa düşəbilərik. ABŞ, Kanada, Avropa və digər xarici universitətlərdə tələbələrin akademik nəticəsi üçün çox vaxt GPA istifadə edilir. Bu sistem əksər universitetlərdə 100 bal yerine 4.0 üzərindən hesablanır. Burada yenə fəndən aldıqınız bal 100 üzərindən olsa da, ən son sizin ortalamanızı 4.0 üzərindən dəyərləndirilir.



# Kredit sistemi nədir və niyə vacibdir?

Kredit sistemi, fənnin akademik yükünü göstərir. Bir fənnin krediti nə qədər yüksəkdirsə, həmin fənnin ümumi ortalamaya bir o qədər təsir edir. Buna görə tələbə əgər yüksək ÜOMG sahip olmaq istəyirsə, xüsusilə yüksək kreditli fənlərə dəhə çox diqqət etməlidir.



# ÜOMG necə hesablanır?

ÜOMG hesablamaq üçün hər fəndən alınan qiyməti həmin fənnin kreditinə vurmaq lazımdır. Daha sonra bütün nəticələr toplanır və alınan nəticə ümumi kredit sayına bölünür.

ÜOMG = ∑(Fənn qiyməti × Kredit) / ∑Kredit



# 100 Ballıq sistem üzrə ÜOMG hesablama

- Riyaziyyat: 85 Bal, 6 Kredit (85x6 = 510)
- İngilis dili: 90 Bal, 4 Kredit (90x4 = 360)
- Tarix: 75 Bal, 3 Kredit (75x3 = 225)
- İnformatika: 88 Bal, 5 Kredit (88x5 = 440)

Fandən alınan Qiymet x Kredit'i toplayaq: 510 + 360 + 225 + 440 = 1535
Ümumi Kredit: 6 + 4 + 3 + 5 = 18
ÜOMG = 1535 / 18 = 85.27

# 4.0 sistem üzrə ÜOMG hesablama

- Course 1: AA, 4.0 Bal, 3 Kredit (4 x 3 = 12)
- Course 2: BB, 3.0 Bal, 4 Kredit (3 x 4 = 12)
- Course 3: CC, 2.0 Bal, 2 Kredit (2 x 2 = 4)
- Course 4: BA, 3.5 Bal, 5 Kredit (3.5 x 5 = 17.5)

Bal x Kredit'in toplamı: 12 + 12 + 4 + 17.5 = 45.5
Ümumi Kredit: 3 + 4 + 2 + 5 = 14
ÜOMG = 45.5 / 14 = 3.25

# ÜOMG tələbələr üçün niyə vacibdir?

ÜOMG yalnız universitet daxilində qiymətləndirmə üçün deyil, həm də gələcək akademik və peşəkar imkanlar üçün vacib ola bilər. Məsələn,

- Təqaüd, Yüksək akademik nəticə təqaüd almaq üçün rol oynaya bilər.
- Magistratura, Bir çox magistr proqramında ÜOMG rol oynayır.
- Doktorantura, Elmi təhsil üçün akademik göstəricilər vacib olar.
- Mübadilə proqramları, Erasmus və digər proqramlarda ÜOMG vacib rol oynayır.
- Xaricdə təhsil, ÜOMG, Xarici universitetlərə qəbul olmaq üçün rol oynayabilər.

# ÜOMG Kalkulyator nədir?

ÜOMG Kalkulyator, tələbələrin üomg nəticəsini daha asan hesablamaq üçün istifadə ediləbilər. ÜOMG Kalkulyator, tələbənin daxil etdiyi qiymət və kredit məlumatlarına əsasən akademik ortalamanı avtomatik hesablayır.

Tələbələr ÜOMG hesablaması edərkən hesablama zamanı tələbə hər fənnin qiymətini kreditə vurmalı, nəticələri toplamalı və ümumi kredit sayına bölməlidir. Ancaq, Fənlərin sayı çox olduqda bu proses vaxt apara və səhvlərə səbəb ola bilər. ÜOMG Kalkulyator, bu prosesi daha sürətli, rahat və dəqiq edir. Tələbə sadəcə məlumatları daxil edir və nəticəni avtomatik görür.

# ÜOMG necə artırıla bilər?

Hesabla.com olaraq sizlər üçün ÜOMG artırmaq üçün bir neçə tövsiyəmiz var:

- Yüksək kreditli fənlərə üstünlük
- Semestrin əvvəlindən hazırlaşın
- Zəif fənləri əvvəlcədən müəyyən edin
- Tapşırıqlarınızı vaxtında edin
- Davamiyyəti qoruyun

← Məqalələrə Qayıt