Xaricdə, xüsusilə ABŞ universitetlərində bakalavr təhsili almaq istəyən tələbələr üçün ən çox qarşılaşılan imtahanlardan biri SAT imtahanıdır. Bu imtahan tələbənin məktəbdə öyrəndiyi oxuma, yazı, dil və riyaziyyat bacarıqlarını ölçür və nəticəni 400–1600 aralığında score olaraq təqdim edir.
Bu məqalədə SAT imtahanının nə olduğunu, Digital SAT strukturunu, Reading and Writing və Math bölmələrini, score-un necə hesablandığını, adaptiv modul sisteminin nə demək olduğunu, universitetlərin SAT nəticələrini necə yanaşdığını ətraflı izah edəcəyik.
# SAT nədir?
SAT, yəni Scholastic Aptitude Test, əsasən ABŞ universitetlərinə bakalavr müraciəti üçün istifadə olunur. Lakin yalnız ABŞ deyil, bəzi digər ölkələrdəki beynəlxalq universitetlər və təqaüd proqramları üçün də SAT istifadə edilə bilər.
SAT tələbənin konkret bir fənn üzrə dərin biliklərini yoxlayan imtahan deyil. Daha çox məktəb proqramında öyrənilən əsas akademik bacarıqların universitet səviyyəsində təhsilə nə qədər uyğun olduğunu ölçür. Buraya oxuduğunu anlamaq, mətndə əsas fikri tapmaq, qrammatik səhvləri düzəltmək, riyazi problemləri həll etmək, data və qrafikləri analiz etmək kimi bacarıqlar daxildir.
# SAT kimlər üçün lazımdır?
SAT əsasən xaricdə bakalavr təhsili almaq istəyən şəxslər üçün faydalıdır. Ancaq yenə də, bəzi universitetlər SAT nəticəsini tələb edir, bəziləri optional qəbul edir, bəziləri isə test-blind siyasət tətbiq edə bilər. Buna görə də "Hesabla.com" olaraq bizim tövsiyəmiz, müraciət edəcəyiniz universitetin rəsmi admission requirements səhifəsini hazırlaşmadan öncə yoxlayın. Burada bir məqamı daha qeyd etməliyik ki, bəzi təqaüd proqramları üçün də sizdən SAT nəticəniz tələb olunabilər.
# Digital SAT nədir?
Digital SAT SAT imtahanının rəqəmsal formatıdır. Bu imtahan Bluebook adlı College Board test tətbiqi vasitəsilə kompüter və ya uyğun cihaz üzərindən verilir. Digital SAT əvvəlki paper-based SAT ilə eyni 400–1600 bal aralıqından istifadə edir, lakin test formatı daha qısa və adaptivdir. Digital SAT iki əsas bölmədən ibarətdir:
- Reading and Writing(200-800)
- Math(200-800)
# Digital SAT strukturu necədir?
Digital SAT əvvəlki SAT formatından daha qısa davam edir. College Board-un rəsmi test strukturuna görə, SAT iki bölmədən ibarətdir: Reading and Writing və Math.
Reading and Writing bölməsində sizlərə 2 modul təqdim edilir hər bir modul daxilində 27 sual mövcuddur ümumiliktə sizin bu bölmədə 54 sual və 54 suala qarşılıq 64 dəqiqəniz mövcuddur.
Math bölməsindədə həmçinin sizə 2 modul təqdim edilir hər bir modul daxilində bu dəfə 22 sual mövcuddur. Yəni, ümumiliktə sizlərə 44 sual təqdim edilir və bu 44 suala qarşılıq sizin 70 dəqiqəniz mövcud olur.
Digital SAT-da sualların çoxu multiple-choice formatındadır. Math bölməsində isə bəzi suallarda tələbə cavabı variantdan seçmir, özü daxil edir.
# Digital SAT adaptiv sistemlə necə işləyir?
Digital SAT-ın ən vacib xüsusiyyətlərindən biri adaptiv modul sistemidir. College Board-un rəsmi izahına görə, hər bölmənin birinci modulu asan, orta və çətin sualların qarışığından ibarət olur. Tələbənin birinci modulda göstərdiyi nəticəyə əsasən ikinci modul daha çətin və ya daha asan suallardan ibarət ola bilər.
Buna görə də, Digital SAT-da yalnız “neçə sualı düzgün cavabladım?” sualı kifayət etmir. Hansı çətinlikdə sualları düzgün cavabladığınız da score-a təsir edir.
# Digital SAT score necə hesablanır?
Digital SAT 400–1600 aralığında qiymətləndirilir. Total score iki section score-un cəmindən ibarətdir: Yəni,
Reading and Writing bölməsi üçün bal aralıqı: 200–800
Math bölməsi üçün bal aralıqı: 200–800
Sadə şəkildə bizim toplama formulumuz beledir: Ümumi Bal = "Reading and Writing" balı + Math balı
Nümünə olaraq, "Reading and Writing"-dən 620 bal əldə etdik deyək, "Math" bölməsindəndə 680 əldə etsək. Ümumi balımız ən axırda 1300 olacaq.
Lakin Digital SAT balını hesablayarkən sadəcə düzgün cavab sayına əsaslanmır. College Board-un izahına görə, "Digital SAT Suite scoring" modelində tələbənin doğru və yanlış cavablarının sayı ilə yanaşı, cavablandırdığı sualların xüsusiyyətləri, o cümlədən çətinlik səviyyəsi kimi faktorlardan asıldır.
Bu o deməkdir ki, iki tələbə eyni sayda suala düzgün cavab versə belə, onların nəticələri fərqli ola bilər. Çünki biri daha çətin sualları düzgün cavablamış, digəri isə daha asan sualları düzgün cavablamış ola bilər.
# Reading and Writing bölməsi nəyi ölçür?
Digital SAT Reading and Writing bölməsi tələbənin oxuduğunu anlamaq, sözləri kontekstdə başa düşmək, məlumatları analiz etmək, qrammatik və yazı qaydalarını tətbiq etmək bacarığını ölçür.
College Board-un rəsmi məlumatına görə, Reading and Writing bölməsində qısa passage və ya passage pair təqdim olunur və hər passage-dən sonra bir multiple-choice sual verilir. Passage-lər təxminən 25–150 söz aralığında olur və ədəbiyyat, tarix/sosial elmlər, humanitar elmlər və elm sahələrindən götürülə bilər.
Reading and Writing bölməsi dörd əsas kategoriya üzrə qurulur:
- Information and Ideas, Mətni anlamaq, məlumat tapmaq, analiz etmək
- Craft and Structure, Sözlərin kontekstdə mənası, mətnin quruluşu və müəllif yanaşması
- Expression of Ideas, Yazının daha effektiv ifadə olunması üçün revision bacarığı
- Standard English Conventions, Qrammatika, punctuation və cümlə quruluşu
Bu bölmədə uğur qazanmaq üçün yalnız ingilis dili bilmək kifayət deyil. Tələbə qısa mətndə əsas fikri tez tapmalı, lazımsız məlumatları ayırmalı, qrammatik səhvləri görməli və cavab variantlarını diqqətlə müqayisə etməlidir.
# Math bölməsi nəyi ölçür?
Digital SAT Math bölməsi tələbənin riyazi anlayışları başa düşmək, problemləri həll etmək, data ilə işləmək və real vəziyyətlərdə riyaziyyatı tətbiq etmək bacarığını ölçür. College Board-un rəsmi məlumatına görə, SAT Math bölməsi dörd əsas sahəyə fokuslanır: Algebra, Advanced Math, Problem-Solving and Data Analysis, Geometry and Trigonometry.
- Advanced Math, Daha mürəkkəb funksiyalar, kvadrat tənliklər, nonlinear ifadələr
- Problem-Solving and Data Analysis, Faiz, nisbət, data, qrafik və statistik düşünmə
- Geometry and Trigonometry, Həndəsə, bucaqlar, fiqurlar və əsas trigonometriya
Math bölməsində suallar həm multiple-choice, həm də student-produced response formatında ola bilər. Buna görə də, Tələbə yalnız formulları əzbərləməklə kifayətlənməməlidir. Çünki Digital SAT Math real situasiyalarda riyazi düşünmə və tətbiq bacarığını da yoxlayır.
# Digital SAT-da calculator istifadə olunurmu?
Digital SAT Math bölməsində calculator istifadəsi daha rahatdır, çünki Bluebook tətbiqində built-in Desmos graphing calculator mövcuddur. College Board-un SAT və ACT fərqləri haqqında məlumatında da SAT Math bölməsində built-in Desmos graphing calculator olduğu qeyd olunur.
Bu tələbələr üçün böyük üstünlükdür. Çünki Desmos vasitəsilə funksiyaları qrafikləşdirmək, tənlikləri yoxlamaq və bəzi hesablamaları daha sürətli aparmaq mümkündür. Amma bu o demək deyil ki, calculator bütün problemləri avtomatik həll edəcək. Tələbə əvvəlcə sualın məntiqini başa düşməli, hansı əməliyyatı etməli olduğunu bilməli və calculator-u düzgün istifadə etməlidir.
SAT Math hazırlığında həm calculator istifadə bacarığı, həm də calculatorsuz əsas riyazi düşünmə vacibdir.
# SAT College and Career Readiness Benchmarks nədir?
SAT nəticələrində benchmark anlayışı da vacibdir. Benchmark tələbənin universitet səviyyəsində müəyyən kurslarda uğur qazanmağa nə dərəcədə hazır olduğunu göstərən göstəricidir.
College Board-un rəsmi benchmark məlumatına görə, SAT üçün Reading and Writing benchmark 480, Math benchmark isə 530-dur. Reading and Writing bölməsində benchmark-a çatan tələbənin tarix, ədəbiyyat, sosial elmlər və writing tipli birinci semestr college kurslarında ən azı C alma ehtimalı 75% kimi izah olunur. Math benchmark-a çatan tələbə üçün də algebra, statistics, precalculus və calculus kimi kurslarda oxşar 75% ehtimal qeyd olunur.
Bu benchmark-lar tələbəni məhdudlaşdırmaq üçün deyil, hansı sahədə əlavə hazırlığa ehtiyac olduğunu göstərmək üçün istifadə olunmalıdır. College Board da benchmark-ların tələbələri ruhdan salmaq üçün istifadə edilməməli olduğunu qeyd edir.
# Universitetlər SAT nəticələrini necə yanaşırlar?
Universitetlər SAT nəticələrini adətən application paketinin bir hissəsi kimi qiymətləndirirlər. Yəni SAT təkbaşına qəbul və ya rədd qərarı demək deyil. Universitetlər GPA, transkript, essay, recommendation letters, extracurricular activities, English proficiency test results və digər sənədlərlə birlikdə SAT nəticəsinə baxa bilərlər.
Bu səbəbdən tələbə SAT hazırlığına başlamazdan əvvəl hədəf universitetlərinin qəbul qaydalarını yoxlamalıdır. Eyni ölkədə və hətta eyni universitet daxilində fərqli proqramların SAT yanaşması dəyişə bilər.
# SAT nəticələri nə vaxt açıqlanır?
SAT nəticələrinin açıqlanma tarixi test növünə, tarixə və regiona görə dəyişə bilər. "College Board score release dates" səhifəsində test növünə görə nəticə tarixlərini paylaşır.
Tələbə testə qeydiyyatdan keçəndə nəticələrin nə vaxt çıxacağını College Board hesabından və rəsmi score release səhifəsindən yoxlamalıdır. Universitet üçün müraciət zamanı son sənəd göndərmə tərixini yoxlamaq, ele bunun üçün çox vacibdir. Əgər SAT nəticəsi sənəd göndərmə vaxtından sonra çıxırsa, universitet həmin nəticəni qəbul etməyə bilər.
# Hesabla.com olaraq SAT-a hazırlaşmaq istəyənlər üçün tövsiyyələrimiz?
SAT hazırlığında əsas məqsəd yalnız çox sual həll etmək deyil. Tələbə test formatını, modul sistemini, vaxt idarəetməsini və zəif olduğu kategoriyaları yaxşı bilməlidir.
College Board rəsmi SAT səhifəsində SAT hazırlığı üçün Bluebook full-length practice tests, Khan Academy Official SAT Prep və digər pulsuz practice resurslarını təqdim edir.
SAT hazırlığında ən vacib məqamlardan biri səhv analizi aparmaqdır. Tələbə sadəcə doğru cavabları yox, niyə səhv etdiyini də başa düşməlidir. Məsələn, səhv mövzu bilməməkdən, diqqətsizlikdən, vaxt çatışmazlığından və ya cavab variantlarını düzgün müqayisə etməməkdən yarana bilər.
# Hesabla.com olaraq SAT Reading and Writing üçün tövsiyyələrimiz
Reading and Writing bölməsi qısa mətnlərdən ibarət olduğu üçün tələbə sürətli və dəqiq oxuma bacarığını inkişaf etdirməlidir.
Beleki Digital SAT-de qısa mətnlər olduqu üçün, qısa mətnlər ilə işləməyi öyrənin. Sözün sadəcə lüğətdəki mənasını yox, cümlədəki rolunuda öyrənin. Grammar qaydalarını təkrarlayın, Xüsusilə də Punctuation, subject-verb agreement, modifiers vacibdir.
Bu bölmədə ən böyük səhvlərdən biri sualı tam oxumadan cavab seçməkdir. Digital SAT-da hər sual konkret bacarığı yoxlayır. Ona görə də tələbə əvvəlcə sualın nə istədiyini başa düşməlidir.
# Hesabla.com olaraq SAT Math üçün tövsiyyələrimiz
Math bölməsində uğur qazanmaq üçün mövzu bilikləri, problem həll etmə bacarığı və calculator istifadəsi birlikdə inkişaf etdirilməlidir.
Algebra mövzularına xüsusi diqqət edin. Funksiyalar və nonlinear ifadələr vacibdir. Faiz, nisbət, qrafik və statistik suallara çalışın. Geometry və trigonometry təkrarlayın. Desmos istifadə etməyi öyrənin.
Math bölməsində məqsəd yalnız cavabı tapmaq deyil, ən sürətli və düzgün yolu seçməkdir. Bəzən sualı algebra ilə, bəzən qrafiklə, bəzən isə cavab variantlarını yoxlamaqla həll etmək daha effektiv ola bilər.
# SAT haqqında ən çox edilən səhvlər
Tələbələr SAT hazırlığında və imtahan planlamasında bəzi ümumi səhvlərə yol verə bilirlər.
Məsələn, Hədəf universitetin test-required, optional və ya blind olduğunu yoxlamamaq. Ümumi bal-a fokuslanmaq. Sınaq testi işləmədən, imtahana girmək. Səhvləri analiz etməmək. Desmos-un necə istifadə edildiyini öyrənməmək. Vaxtı düzgün istifadə etmeməmək kimi səhvlər xüsusilə bu imtahana girənlər arasında çox rastlanan haldır.
Bu səhvlərdən qaçmaq tələbəyə həm daha yaxşı nəticə əldə etməyə, həm də test günündə daha sakit və planlı olmağa kömək edir.
# Tez-tez verilən suallar
- SAT nədir?
SAT əsasən ABŞ universitetlərinə bakalavr müraciətlərində istifadə olunan standartlaşdırılmış imtahandır. Bu imtahan tələbənin Reading, Writing və Math bacarıqlarını ölçür.
- Digital SAT nədir?
Digital SAT SAT imtahanının rəqəmsal formatıdır. Test Bluebook tətbiqi vasitəsilə verilir və iki əsas bölmədən ibarətdir: Reading and Writing və Math.
- Digital SAT neçə saat davam edir?
Digital SAT ümumilikdə 2 saat 14 dəqiqə davam edir. Reading and Writing 64 dəqiqə, Math isə 70 dəqiqədir.
- Digital SAT neçə sualdan ibarətdir?
Digital SAT ümumilikdə 98 sualdan ibarətdir: Reading and Writing bölməsində 54 sual, Math bölməsində isə 44 sual var.
- SAT score necə hesablanır?
SAT total score Reading and Writing section score ilə Math section score-un cəmindən ibarətdir. Hər section 200–800 aralığında, total score isə 400–1600 aralığında olur.
- Digital SAT-da eyni doğru cavab sayı eyni score deməkdirmi?
Həmişə yox. Digital SAT scoring modelində sualların çətinlik səviyyəsi və cavab pattern-i kimi faktorlar da nəzərə alınır. Buna görə eyni sayda suala düzgün cavab verən iki tələbə fərqli section score ala bilər.
- SAT-da yaxşı score neçədir?
College Board-a görə average SAT score təxminən 1050-dir. 1350 və daha yuxarı nəticə top 10% test takers aralığında ola bilər. Amma yaxşı score müraciət etdiyiniz universitetdən asılıdır.
- SAT Calculator nə üçün lazımdır?
SAT Calculator Reading and Writing və Math section score-larını toplayaraq total SAT score-u hesablamağa kömək edir. Həmçinin hədəf score planlamaq və practice test nəticələrini analiz etmək üçün istifadə oluna bilər.
- Universitetlər SAT score-u GPA-ya çevirirmi?
Adətən yox. SAT score GPA kimi çevrilmir. Universitetlər SAT nəticəsini standardized test göstəricisi kimi, GPA və digər sənədlərlə birlikdə qiymətləndirirlər.
- SAT üçün rəsmi practice harada edilir?
College Board rəsmi olaraq Bluebook full-length practice tests və Khan Academy Official SAT Prep kimi resursları tövsiyə edir.
SAT nədir? Digital SAT balı necə hesablanır və universitetlər SAT nəticələrini necə qiymətləndirir?
Maraqlı Məqalələr
ACT nədir? ACT balı necə hesablanır və universitetlər ACT nəticələrini necə qiymətləndirir?
Xaricdə, xüsusilə ABŞ universitetlərində bakalavr təhsili almaq istəyən tələbələrin qarşılaşdığı əsas standartlaşdırılmış imtahanlardan biri ACT imtahanıdır. ACT tələbənin məktəb dövründə qazandığı akademik bacarıqları ölçmək üçün istifadə olunan beynəlxalq testlərdən biridir. Bu imtahan əsasən English, Math və Reading bacarıqlarını qiymətləndirir. Science və Writing bölmələri isə hazırkı yenilənmiş ACT formatında optional, yəni əlavə seçim kimi təqdim olunur...
Duolingo English Test nədir? DET balı necə hesablanır və universitetlər Duolingo nəticələrini necə qiymətləndirir?
Xaricdə təhsil almaq istəyən tələbələr üçün ingilis dili biliklərini sübut etmək əsas dil imtahanlarından biridir. Uzun illərdir ki, bu məqsədlə ən çox istifadə edilən IELTS və TOEFL imtahanları olub. Son illərdə bu siyahıya Duolingo İngilis dili Testi də əlavə edilib və beləliklə, tələbələr üçün daha əlverişli alternativlərdən birinə çevrilib...
TOEFL nədir? Yeni sistemdə TOEFL balı necə hesablanır? Universitetlər TOEFL ballarına necə yanaşırlar?
Xaricdə təhsil almaq istəyənlər üçün ən populyar imtahanlardan biri olan TOEFL, xaricdə təhsil almaq, beynəlxalq universitetlərə müraciət etmək və ya ingilis dili biliklərini sübut etmək üçün ən məşhur imtahanlardan biridir...