Məzuniyyət pulunu hesabla

Son 12 ayın gross əmək haqqına əsasən məzuniyyət pulunu və ay sonu kart ödənişini hesablayın.
Düstur: (Son 12 ayın cəmi ÷ 12 ÷ 30,4) × məzuniyyət günü
Məlumatları daxil edin
Sektor

Məzuniyyət ayı çıxarılır — əvvəlki aydan başlayaraq 12 ay geri sayılır.

Son 12 ayın gross əmək haqqı

Hər ay üçün gross (vergiyə qədər) məbləği daxil edin.

Cəmi 0,00 ₼

Məzuniyyət ayı (ay sonu hesablanması)

Məzuniyyət ayında işlənmiş günlər və ay sonu kart ödənişi

Məzuniyyətə çıxdığınız ayın müqavilə üzrə gross maaşı.

Misal: iyun ayında 22 iş günü.

Məzuniyyət ayında işə gələcəyiniz iş günlərinin ümumi sayı.

Bu blok istəyə bağlıdır — boş qoysanız yalnız məzuniyyət pulu hesablanır.

📐

Məzuniyyət pulu necə hesablanır?

Hesablama qaydası (Əmək Məcəlləsinin 140-cı maddəsi):

  1. Məzuniyyətdən əvvəlki son 12 ayın gross əmək haqqı toplanır. Misal: işçi iyun ayında məzuniyyətə çıxırsa, may, aprel, mart, ..., əvvəlki ilin iyunu daxil olmaqla 12 ay götürülür.
  2. Orta aylıq əmək haqqı = Cəmi ÷ 12
  3. Bir günlük əmək haqqı = Orta aylıq ÷ 30,4
  4. Məzuniyyət haqqı (gross) = Bir günlük × məzuniyyət təqvim günü
  5. Məzuniyyət haqqından gəlir vergisi, DSMF (3%), işsizlik (0,5%) və icbari tibbi sığorta tutulur — net məbləğ işçinin kartına 3 gün əvvəl köçür.

Ay sonu hesablanması:

  1. Cari ay (məzuniyyət ayı) bir günlük gross = Cari ay maaşı ÷ həmin ayın iş günü sayı
  2. İşlənmiş günlərin pulu = Bir günlük × məzuniyyətə qədər işlənmiş gün sayı
  3. Cəmi: işlənmiş günlərin pulu + məzuniyyət pulu
  4. Gross fərq = Cari ay gross maaşı − cəmi
  5. Bu gross fərqdən vergi, DSMF və s. tutulur — yaranan net məbləğ ay sonu işçinin kartına köçür.

Əmək Məcəlləsi üzrə məzuniyyət minimumları

Standart 21 gün
5–10 il staj +2 gün
10–15 il staj +4 gün
15+ il staj +6 gün
Ağır əmək şəraiti +6 gün

Hesablama 2026-cı ildən qüvvədə olan vergi və sosial ödəniş dərəcələrinə əsaslanır və məlumat xarakteri daşıyır. Dəqiq məbləğ üçün iş yerinizin mühasibatlığına müraciət edin.

Maraqlı Məqalələr

Hesabla-nı sosial mediada izlə
✦ Bizi izləyin
Bizi sosial mediada izləyirsən?

Yeni kalkulyatorlar, faydalı məsləhətlər və tələbə imkanları — hamısı ilk olaraq Instagram, TikTok və LinkedIn səhifələrimizdə. Bizə qoşul!

← Ana səhifəyə qayıt