İpoteka ödənişini hesabla

Əmlakın qiyməti, ilkin ödəniş, faiz və müddəti daxil edin — aylıq ipoteka ödənişini hesablayın.
Düstur: K × (r × (1+r)ⁿ) ÷ ((1+r)ⁿ − 1)
Kredit məlumatları
İpoteka növü

Adi ipoteka şərtləri

Maks. məbləğ150.000 AZN
Maks. müddət25 il
Min. ilkin ödəniş15%
Faiz dərəcəsiZəmanətli 7% / Zəmanətsiz 8%
AZN
%
🏛️

Adi və güzəştli ipoteka şərtləri

Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu tərəfindən təqdim olunan ipoteka kreditləri və güzəştli ipoteka kreditləri arasında müəyyən fərqlər mövcuddur.
Şərt Adi ipoteka Güzəştli ipoteka
Maks. məbləğ 150.000 AZN 100.000 AZN
Maks. müddət 25 il 30 il
Min. ilkin ödəniş 15% 10%
Faiz (zəmanətli) 7% 3.7%
Faiz (zəmanətsiz) 8% 4%

Bu faizlər maksimal hədd olaraq müəyyən edilib. Bəzi banklar rəqabətli bazar şəraitində daha aşağı faiz dərəcələri də təklif edə bilərlər. Lakin belə hallarda mütləq İpoteka və Kredit Zəmanət Fondunun təsdiqi tələb olunur.

Güzəştli ipoteka kreditindən kimlər istifadə edə bilər?

Gənc ailənin üzvü olan aşağıdakı şəxslər:

  • Şəhidin övladları
  • Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanının övladları
  • Azərbaycanın Milli Qəhrəmanının övladları
  • Məcburi köçkün və ya ona bərabər tutulan şəxs
  • Ən azı 3 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs
  • Ən azı 3 il dövlət ümumtəhsil müəssisəsində müəllim işləyən şəxs
  • Fəlsəfə doktoru elmi dərəcəsi olan şəxs
  • İdman sahəsində xüsusi xidmətləri olan şəxs (fəxri bədən tərbiyəsi və idman xadimi, ölkə miqyaslı yarışların qalibi (I yer), beynəlxalq miqyaslı yarışların mükafatçısı (I, II və ya III yer))
  • Ən azı 5 il jurnalist işləyən və Media Reyestrinə daxil edilmiş şəxs

Digər hüququ olan şəxslər:

  • Elmlər doktoru elmi dərəcəsi olan şəxs
  • Ən azı 15 il dövlət qulluğunda qulluq edən şəxs, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs
  • Ən azı 3 il hərbi xidmətdə olan hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmətdə olanlar istisna), həmçinin ehtiyata və istefaya buraxılmış hərbi qulluqçular
  • Ən azı 3 il daxili işlər orqanlarında xidmət keçən xüsusi rütbəsi olan şəxs
  • Ən azı 3 il elmi vəzifədə işləyən elmi işçilər
  • Ən azı 15 il dövlət ümumi təhsil müəssisəsində müəllim işləyən şəxs
  • Ən azı 15 il jurnalist işləyən və Media Reyestrinə daxil edilmiş şəxs
  • Şəhid ailəsinin üzvü (əri/arvadı)
  • Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanı (özü, əri/arvadı)
  • Azərbaycanın Milli Qəhrəmanı (özü, əri/arvadı)
📐

İpoteka ödənişi necə hesablanır?

  1. Kredit məbləği = Əmlak qiyməti − İlkin ödəniş
  2. Aylıq ödəniş = K × (r × (1+r)ⁿ) ÷ ((1+r)ⁿ − 1)
  • K — kredit məbləği
  • r — aylıq faiz dərəcəsi (illik faiz ÷ 12 ÷ 100)
  • n — müddət (ay)

Azərbaycanda ipoteka:

  • İlkin ödəniş: adətən 20-30%
  • Müddət: 1-30 il
  • Faiz dərəcəsi: 4-8% (güzəştli), 10-16% (standart)

Hesablama annuitet düsturuna əsaslanır və məlumat xarakteri daşıyır. Dəqiq şərtlər üçün bank və İpoteka və Kredit Zəmanət Fonduna müraciət edin.

Maraqlı Məqalələr

ÜOMG nədir və necə hesablanır?
Təhsil
ÜOMG nədir və necə hesablanır?

ÜOMG Azərbaycan universitetlərində fənlər üzrə balların kreditlərə görə çəkilmiş orta göstəricisidir. Rəsmi düstur, hesablama nümunəsi və kəsilən fənnin ÜOMG-yə təsiri barədə.

Hesabla-nı sosial mediada izlə
✦ Bizi izləyin
Bizi sosial mediada izləyirsən?

Yeni kalkulyatorlar, faydalı məsləhətlər və tələbə imkanları — hamısı ilk olaraq Instagram, TikTok və LinkedIn səhifələrimizdə. Bizə qoşul!

← Ana səhifəyə qayıt